Şah Əhməd Maraşı və ya Şah Əhməd Mərəşi — bir tərəfi Səfəvi sülaləsindən olan zadəgan. Əfqan işğalı zamanı özünü hökmdar elan etmişdir. O, Mirzə Seyid Hüseyni Maraşı adı ilə Mirzə Əbül Qasım Hüseyni Maraşinin oğlu kimi dünyaya gəlmişdir.[1]
Şah Əhməd Maraşi | |
---|---|
Farsca:شاه احمد (صفوی) | |
1726 – 1728 | |
Sonrakı | II Təhmasib |
Şəxsi məlumatlar | |
Dini | Şiə (İslam) |
Maraşı ailəsinə mənsub olmuşdur. Ana xətti ilə Səfəvi sülaləsindən olan bu ailədən II Süleyman da qısamüddətlik şah olmuşdur. Onun anası Səfəvi şahı I Süleymanın qızı idi.[2]
1722-ci ildə Mir Mahmud Hotaki imperiyanın paytaxtı İsfahanı ələ keçirərək özünü şah elan etdi. Paytaxtdan qaçmağı bacarmış şahzadə olan Təhmasib Mirzə də buna cavab olaraq qanuni varis kimi irəli verilərək şah elan edildi. Səfəvi sülaləsinin zəifləməsindən, əfqan işğalından qaynaqlanan qarışıqlıqdan Şah Əhməd Maraşı yararlandı.
Əhməd Maraşı II Təhmasibin şimalda Nadir xanla birlikdə ruslara, əfqanlara və osmanlılara qarşı mübarizə aparmasından istifadə edərək 1726-cı ildə imperiyanın cənub torpaqlarında Maraşı-Səfəvi zadəganları tərəfindən şah elan edildi. Bu zamana qədər o, artıq Fars və Kirman əyalətlərini əfqan qüvvələrindən ələ keçirməyi bacarmışdı. Şah elan edilmə isə, Kirmanın ələ keçirilməsindən sonra - 8 noyabr 1726-cı ildə baş tutdu. Bu zamanlama ideal zamanlama idi, çünki Hotakilər rəqibləri ilə döyüşməklə birlikdə həm də daxildə də parçalanmışdılar. Lakin Şah Əhməd Maraşı ələ keçirdiyi yerlərdə öz hakimiyyətini möhkəmləndirə bilmədi və 1728-ci ildə Əşrəf Gilzay tərəfindən məğlub edildi. Əsir düşən Şah Əhməd Maraşı 1728-ci ilin avqustunda Qul-e Xvacu məntəqəsi yaxınlığından axan Rud-e Zayande çayı sahilində edam edildi.[3][4]
Əhməd Mərəşənin aid olduğu Əl-Xəlifə ailəsi Mərəşilər soyunun bir tirəsi idi. Mazandaranda (bir müddət Mazandaran bu ailə tərəfindən idarə edilmişdir) məskunlaşan bu ailənin soyu ərəblərə, daha dəqiqi isə i İmam Zeynül-Abidinin törmələrindən olan Əli əl Mərəşə qədər uzanırdı. I Abbasın anası Məhdi Ülyə da bu ailə qohum idi. Bu soyun nümayəndələri bu gün də İran, İraq, Kəşmir və Birləşmiş Ərəb Əmirliklərində yaşayırlar.[5]