Məhdum Şah Mahmud Qureyşi (ing. Shah Mehmood Qureshi, 22 iyun 1956) — Pakistanın xarici işlər naziri.
Şah Mahmud Qureyşi | |
---|---|
ing. Shah Mehmood Qureshi urdu مخدوم شاہ محمود حسین قریشی | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyun 1956 (68 yaş) |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
1956-cı il iyunun 22-də Maridə anadan olmuşdur. 1978-ci ildə Pəncab Universitetini bitirmişdir, ixtisasca aqronomdur.1983-cü ildə Kembric Universitetinin magistraturasında təhsil almışdır. 1985-1988, 1988-1990 və 1990-1993-cü illərdə Pəncab əyalət assambleyasına üzv seçilmişdir. 1988-1990-cı illərdə Pəncab əyalətinin Planlaşdırma və İnkişaf Naziri. 1990-1993-cü illərdə Pəncab əyalətinin Maliyyə Naziri. 1993-1996-cı illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir. 1994-1996-cı illərdə Parlament işləri üzrə dövlət naziri olmuşdur. 2002-2007-ci illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir. 2008-ci ildə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir. 31 mart 2008-ci il tarixində Xarici İşlər Naziri vəzifəsinə təyin edilmişdir. Pakistan Xalq Partiyasının üzvüdür. Evlidir, bir oğlu, iki qızı vardır.