Əbu Əbdiləziz Qütbəddin Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim bin Vəcihəddin əd-Dəhləvi əl-Faruqi (21 fevral 1703[1][2], Dehli[4] – 20 avqust 1762[3], Dehli[3]) — Hindistanlı alim, islahatçı və mühəddis[5].
Şah Vəliyullah Dəhləvi | |
---|---|
Doğum tarixi | 21 fevral 1703[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 20 avqust 1762[3] (59 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fiqh, Əsli dəlillər |
Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim 3 mart 1703-cü il tarixində Dehli şəhərinə bağlı Muzaffərnaqarda doğulmuşdudu. Soyu ata tərəfindən Həzrət Ömərə, ana tərəfindən İmam Musa əl-Kazıma çatır. XIII yüzilin sonlarına doğru Hindistana yerləşmiş bir ailəyə mənsubdur. Həyatına dair qaynaqlarda yer alan bilgilər daha çox "Ənfasül-ʿarifin" adlı əsərindəki avtobioqrafiyasına dayanır[6]. Babası Vəcihəddin ilə atası Əbdürrəhim, Dehli üləmasından olub hər ikisi də "əl-Fətaval-Hindiyyə"ni (əl-Aləmgiriyyə) hazırlayan heyətdə yer almışdı. Şeyx Məhəmməd Pühlətinin qızı olan anası Fəxrünnisa xanım da dini elmlərə vaqıf bir qadın idi. Şah Vəliyyullah kiçik yaşda Quranı əzbərlədi. İlk təhsilini atasının yanında gördü. Hindistanda ondan ən çox istifadə etdiyi müəllimi Şeyx Məhəmməd Əfdal əs-Siyalkutidir. Hələ on dörd yaşında ikən seyrüsülukünü tamamlayaraq bir Nəqşibəndi şeyxi olan atasına intisab etdi və ölümündən öncə ondan xilafət aldı. Atasının vəfatından (1719) sonra onun qurduğu Rahimiyyə mədrəsəsində dərs oxutmağa başladı. On iki il sürən bu fəaliyət nəticəsində çevrəsində geniş bir tələbə halqası yarandı. Şah Vəliyyullah on dörd yaşında ikən dayısı Ubeydullahın qızıyla evləndi və bu xanımından Məhəmməd adlı oğlu dünyaya gəldi. Xanımının vəfatından sonra Seyyid Sənaullah Panipətinin qızıyla nikahlandı. Hindistanda başlatdığı dini irşad fəaliyətini ondan sonra sürdürəcək olan oğulları Əbdüləziz, Rəfiəddin, Əbdülqadir və Əbdülqəni ilə Əmətüləziz adlı qızı bu xanımından doğuldu.
Şah Vəliyyullah əd-Dəhləvi 1731-ci ildə hac vəzifəsini ifa etmək amacıyla getdiyi Məkkə və Mədinədə təxminən on dörd ay qaldı. Bu sırada əsasən hədislə ilgiləndi, İslami elmlərin digər şöbələrində bilgilərini artırdı, ayrıca tələbə oxutdu. Onun, müəllimləri arasında Mədinədəki Əbu Tahir Məhəmməd bin İbrahim əl-Kürdinin elmi və təsavvifi həyatından önəmli dərəcədə təsirləndiyini bildirir. Hindistana dönüncə Rahimiyyə mədrəsəsində yenidən dərs oxutmağa başladı, daha çox hədis və təfsir elmlərinə ağırlıq verdi. Qısa zamanda sayları artan tələbələrinə mədrəsə binası kafi gəlməyincə Sultan Məhəmməd şahın dəstəyiylə ona daha geniş bir bina tikildi. Sonraları Dehli darülulumu deyə şöhrət tapan mədrəsə, Hindistandakı üç dəyişik dini təhsil ənənəsinin (Dehli, Ləknəv, Heydərabad) təfsir və hədisə ağırlıq verən önəmli ocağını təşkil etdi və bir darülhədis vəzifəsi gördü.
Şah Vəliyyullah əd-Dəhləvi 20 avqust 1762-ci il tarixində Dehlidə vəfat etdi və Köhnə Dehlidəki Münhədiyan məzarlığında atasının yanına dəfn edildi[7]