Mənsur xan (1484–1544) —1501–1522-illərdə Şərqi, 1501–1504-cü illərdə Mərkəzi, 1516–1544-cü illərdə Moğolustan hakimi, I Sultan Əhməd xanın oğlu.
Mənsur xan | |
---|---|
1501 – 1544 | |
Əvvəlki | I Sultan Əhməd xan |
Sonrakı | Şah xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Moğolustan |
Vəfat tarixi | |
Vəfat yeri | Turfan |
Atası | I Sultan Əhməd xan |
Uşaqları |
oğlu: Şah xan |
Ailəsi | Çingizlilər, Cığataylılar |
Dini | Sünni İslam |
Mənsur xan Sultan Əhməd xan oğlu 1484-cü ildə anadan olmuşdu. Moğolustan hakimi I Sultan Mahmud xan 1502–1503-cü illərdə qardaşı Sultan Əhməd oğlanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə yollanmışdı. O zaman Mənsur xan Turfan dairəsinin hakimi idi.Şərqi və 1501-ci ildən Mərkəzi Moğolustan ona verildi.1504-cü ildə atası I Sultan Əhməd xanın vəfatından sonra Duqlat tayfası Əbubəkr mirzənin başçılığı ilə onu Mərkəzi Moğolustandan çıxarıb, Aksu şəhərinə yiyələndi.
1508-ci ildə I Sultan Mahmud xanın öldürülməsindən sonra qardaşları Sultan Xəlil oğlan və Sultan Səid oğlanla hakimiyyət uğrunda mübarizəyə başladı. Elə həmin ildə Almatı yaxınlığında Çarun-Çulanda onları məğlub etdi. Sultan Xəlil oğlan Fərqanəyə qaçdı və orda Məhəmməd Şeybani xan tərəfindən öldürüldü. Sultan Səid oğlan isə qaçıb Kabulda məskunlaşdı. Orda özünü bütün Moğolustanın hakimi elan etdi. Əlində isə ancaq Turfan və Çalış qalmışdı.
1516-cı ildə Mənsur xan və Sultan Səid xan qarşılaşdılar. Mənsur xan o zamana qədər Qaşqar, Yarkənd və Duqlat tayfasının əsas torpağı Manqalay-Sövbəni tutmuşdu.Bu tarpaqlarda müstəqil "Məmləkəti-Moğoliyyə"ni qurmuşdu. Sultan Səid xan qardaşını ulu xan kimi tanıdı, onu adına xütbə oxutdurub, sikkə zərb etdirdi.
1522-ci ildə Manqıt ulusundan köçən özbək-qazaxlar onu Şərqi Moğolustandan çıxardılar. 1530-cu illərdə dəfələrlə I Əbdürrəşid xanın üzərinə hücum edib, Aksu şəhərini almaq istəsə də, müvəffəq ola bilmədi.
Mənsur xan 1542-ci ildə oğlu Şah xanı vəliəhd elan edib, Moğolustanı ona buraxdı. Əllərində ancaq Turfan dairəsi qalmışdı.
Mənsur xan 1544-cü ildə vəfat edib.