Şahin İsgəndər oğlu Məmmədov (10 yanvar 1961, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant.
Şahin Məmmədov | |
---|---|
Vəzifədədir | |
15 noyabr 2013-cü ildən | |
Nazir | Vilayət Eyvazov |
Əvvəlki | Zakir Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1961 (63 yaş) |
Doğum yeri | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub.
O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.
Ş. Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986–1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrinədək yüksəlib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib.
O, 1992–1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini — qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib.
Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova "general-mayor" hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini[1] — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.[2][3]
Qeyd edək ki, Şahin Məmmədov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fəal iştirak edib. Onun 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi altında yüksəklik düşməndən azad edilib. Şahin Məmmədovun özü isə döyüşlər zamanı yaralanıb.
Ailəlidir, 3 övladı var.
30 iyun 2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı,[4]
10 mart 2012-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,[5]
29 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni,
9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Qarabağ" ordeni ilə təltif edilib.[6]
11 mart 2015-ci il tarixdə general-leytenant hərbi rütbəsi verilib.[3]