Şahlar Həsənağa oğlu Quliyev (25 sentyabr 1946, Astraxanbazar rayonu – 26 oktyabr 2024) — Azərbaycan müğənni, Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü.
Şahlar Quliyev | |
---|---|
Şahlar Həsənağa oğlu Quliyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2024 (78 yaşında) |
Dəfn yeri | |
Uşağı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Təhsili | |
Mükafatları |
Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur.[1] Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirmişdir. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunur və tamaşaçı rəğbəti qazanır.
Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış etmişdir. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir.
2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsüdür.
Oğlu Nofəl Şahlaroğlu filologiya üzrə fəlsəfə doktoru, aktyor və aparıcıdır.[2]
2024-cü il oktyabrın 26-da səhər saatlarında uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib. Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.[3]