Şahvar Dəmirqayayev Qara oğlu (d. 1940-ci il Şamaxı rayonunun Cəmcəmli kəndi. ö. 1998-ci il) — coğrafiya üzrə fəlsəfə doktoru, dosent.
Şahvar Dəmirqayayev | |
---|---|
Şahvar Dəmirqayayev Qara oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Cəmcəmli, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Qara Dəmirqayayev |
Elmi adı | coğrafiya üzrə fəlsəfə doktoru |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Ş.Q.Dəmirqayayev Şamaxı rayonunun Cəmcəmli kəndində anadan olmuşdur.1958-ci ildə Şamaxıda Kənd təsərrüfatı texnikumunu bitirərək, Kənd Təsərrüfatı nazirliyinin Yerquruluşu idarəsində işləmişdir. 1959-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsində qiyabi təhsil almışdır.
1959-cu ildən Azərbaycan EA-nın Coğrafiya institutunda Kartoqrafiya şöbəsində baş lobarant, kiçik elmi işçi, baş elmi işçi olmuşdur. 1975-1984-cü illərdə Kartoqrafiya şöbəsinə rəhbərlik etmişdir. 1984-cü ildən BDU-nə tədris fəaliyyətinə keçmişdir. Əsas elmi fəaliyyəti kartoqrafiya, iqtisadi və sosial coğrafiya, xüsusən əhali coğrafiyasının problemlərinə həsr olunmuşdur. 1972-ci ildə «Azərbaycan SSR-nin Quba-Xaçmaz iqtisadi rayonu əhalisinin problemləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. «Azərbaycan respublikasında şəhərlərin inkişafının coğrafi məsələləri» adlı monoqrafiya çap etdirmiş, «Azərbaycan respublikalarının iqtisadi və sosial coğrafiyası» adlı dərsliyin təkmilləşdirilməsində, ümum iqtisadi və əhali xəritələrinin hazırlanmasında fəal iştirak etmişdir.1979-cü ildə «Azərbaycan SSR atlası» Naxçıvan MSSR-in və DQMV-nin müxtəlif məzmunlu xəritələri də onun rəhbərliyi altında tərtib olunmuşdur. Coğrafiya İnstitutunda ilk dəfə olaraq «Azərbaycan SSR təbii şəraiti və təbii ehtiyatları» adlı iri həcmli atlas da bilavasitə onun fəal iştirakı ilə tərtib olunmuşdur. Bunlardan əlavə onun rəhbərliyi və yaxından iştirakı ilə respublikanın orta miqyaslı tematik xəritələr seriyası da nəşr olunmuşdur. Apardığı elmi-təşkilatı işlərə görə ÜİXTNS-nin iki bürünc medalı ilə təltif olunmuşdur. 1984-cü ildən ömrünün sonuna qədər BDU-ün coğrafiya fakultəsində dosent vəzifəsində çalışmışdır. Tədrislə əlaqədar müxtəlif metodiki və 50-dən çox elmi-kütləvi əsərin müəllifidir.[1]