Fərrux Həsənli
Fərrux Həsənli Ağayar oğlu (d.1947, Qərbi Azərbaycan, Zəngibasar rayonu, Arbat) — coğrafiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının müdiri.
F. A. Həsənli Qərbi Azərbaycan Zəngibasar rayonunun Arbet kəndində anadan olmuşdur. 1964–1968-ci illərdə Bakı Yeyinti Sənaye Texnikumunda oxumuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş, 1972-ci ildə təhslini başa vurmaqla coğrafiya ixtisası almışdır.
- 1972-ci ildə Bakı Hidrometeorologiya Xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır. Həmin il AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.
- 1997-ci ildə "Meşə torpaqlarının coğrafiyası" şöbəsinin aspirantı olmub.
- 1984-cü ildə "Dağlıq Talış şəraitində torpaq ehtiyatlarından səmərəli istifadənin əsasları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
- 1973–1977-ci illərdə Böyük Qafqazın Şamaxı, Oğuz,Qax, Şəki rayonunun torpaqlarından üzümçülükdə səmərəli istifadə etmək istiqamətində elmi tədqiqat işləri aparmışdır.
- 1973–1985-ci illər ərəfəsində Kiçik Qafqazın Füzuli, Cəbrayıl, Zəngilan rayonları ərazisində torpaq tədqiqatlarının aparılmasında iştirak etmişdir.
- 1977–1985-ci illərdə Lerik və Yardımlı rayonlarının torpaqlarından üzümçülükdə səmərəli istifadə etmək istiqamətində torpaq tədqiqatı aparmış və tədqiqat aparılmış ərazilərin torpaq, aqroistehsalat qruplaşdırma və səthi meyillik xəritələri tərtib etmişdir. Hər iki rayon üçün yeni təsərrüfat sahəsi sayılan üzümçülüyün imkişaf etdirilməsinin elmi yollarının müəyyən etmişdir.
F. A. Həsənli 3 dərs vəsaitinin, 4 proqramın, 1 metodik vəsaitin, 39 elmi məqalə və tezisin müəllifidir "Təbii sərvətlər və onların mühafizə problemləri" (2007), "Torpaqlardan səmərəli istifadə olunmasında bonitirovkanın əhəmiyyəti"(2008), "Cəmiyyətin müasir ekoloji problemləri"(1914), "Təbii sərvətlərdən istifadənin ekoloji və onların mühafizəsi" (2016) və s. kimi elmi məqalələri xüsusi əhəmiyyət kəsb edir.[1]
- Gilliçay hövzəsində arçan meşələrinin bərpası haqqında. Azərb. SSSR EACİ gənc alimlərin XI kon. mat. Elm 1976. 46–47 səh,(həmmüəlliflər Ə. N. Qədməliyev)
- Yarımtorflu dağ-çəmən torpaqlarının bəzi genetik xüsusiyyətləri. Azərb. SSSR EACİ gənc alimlərin XI kon. mat. Elm 1976. 23–24 səh, (həmmüəlliflər İ. A. Namazov).
- Dağ-qəhvəyi torpaqların rütubət rejiminə dair. "Torpaq eroziyası və ona qarşı mübarizə" prob. həsr. olun. elm.konf.mat. Elm – 1980. 52–53 səh.
- Lerik rayonunun dağ yamaclarından üzümçülükdə istifadə olunması. Azərb. Sov.hak.qurul.60 illiyinə həsr olunmuş "Kimya və kənd təsərrüfatı" elm.konf.mat Elm 1981. 345–346 səh.
- Alçaq dağlıq Talışın bozqırlaşmış dağ-qəhvəyi torpaqlarında rütubətin dinamikası. Respublika aspirantlarının elmi kon.mat. Elm 1981. 153–156 səh.
- Kiçik Qafqazın cənub-şərq hissəsinin torpaqlarından giləmeyvə bitkiləri altında istifadə yolları. Azərbaycan SSR EA Cİ gənc alimlərin XIII elmi kon.mat. Elm 1985. 93 səh, (həmmüəlliflər T. P. Salmanov, R. B. Səmədov).[2]
- M. C. Əliyev; F. A. Həsənli "Coğrafi kəşflərin tarixi və səyyahlar". Baki-2008 (243 səh)
- M. C. Əliyev; F. A. Həsənli "Coğrafi kəşflərin tarixi və səyyahlar". (təkrar və əlavələrlə nəşr. 284 səh) Baki-2009
- M. C. Əliyev; F. A. Həsənli "Meliorativ coğrafiya" Bakı "Elm"2010(114 səh)
Fərrux Ağayar oğlu Həsənli Arxivləşdirilib 2017-08-17 at the Wayback Machine