Elxan Nuriyev Balahəsən oğlu (d.1947-ci il iyunun 6-da Şamaxı rayonunun Göylər kəndi) — dosent, professor.
1947-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.1964-cü ildə Göylər kənd onbirillik məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Coğrafiya bölməsinin bitirmişdir.
- 1976-cı ildə AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçilik və coğrafi adlar (toponimika) şöbəsində işləmişdir.
- 1983-cü ildə “Şəki-Zaqatala zonasının yaşayış məntəqəsi adlarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
- 1985-ci ildə baş elmi işçi, sektor müdiri olmuşdur.
- 2001-ci ildən Beynəlxalq Eko-Enerji Akademiyasının professorudur.
- 2005-ci ildən BDU-nin Coğrafiya fakültəsində Hümanitar və Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.“Coğrafi reallığın Azərbaycan toponimiyasında tədqiqi” mövzusunda doktorluq dissertasiyası işini tamamlamışdır.
[1]
E.B.Nuriyev 100-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, metodik göstərişin və s. müəllifidir. “Azərbaycan toponimləri” (1999-cu il) ensklopedik lüğətin əsas müəlliflərindən biridir. Elmi əsərlərə toponimikaya, dünyanın iqtisadi və siyasi coğrafiyasına, turizmə həsr edilmişdir.
E.B.Nuriyev bir çox elmi simpoziumlarda, konfranslarda, Coğrafiya Cəmiyyətlərinin qurultaylarında çıxışlar etmişdir. Dəfələrlə BDU-nin, Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmaları ilə təltif edilmişdir.
- 2015, Гидронимы Северо-Восточно го Азербайджана
- 2015, Kadrların hazırlanmasında topo nimik materiallardan istifadənin əhəmiyyəti
- 2015, Rekreasiya sisteminin ərazi təşkili
- 2008,Turizm səyahətlərində toponimik materiallardan istifadə
- 2008, Azərbaycanda maldarlıq təsərrüfatını əks etdirən bəzi toponimlər
- 2007, Rekreasiya ehtiyatları və onların qiymətləndirilməsi
- 2007, Azərbaycan Respublikasında kənd turizminin imkanları və inkişaf perspektivləri
- 2007, Azərbaycanda kənd turizminin inkişaf perspektivləri
- 2007, Azərbaycanın coğrafi adları adlları qədim mənbələrdə
- 2007, Oykonimlərin yaranmasında əhali miqrasiyasının rolu
- 2005, Şamaxı rayonunun sosial-iqtisadi inkişafında turizm imkanları
- 2005, Miqrasion paralel toponimlər
- 2005, Beynəlxalq turizmin dünya iqtisadiyyatında yeri[2]
- 2000, Azərbaycan Xalq coğrafi terminlər
- 1988, Azərbaycan SSR-in Şəki-Zaqatala zonasının toponimiyası
Elxan Nuriyev