Şahzadə Fahrelnisə Zeyid (7 yanvar1901[3][4][…], Böyükada, İstanbul ili və ya Türkiyə[5] – 5 sentyabr1991[6][7], Amman[8]) — istedadlı türk rəssamı. O 1901-ci ildə İstanbulda anadan olmuşdur[9][10].
O Kabaağaclızadə Mehmet Şakir Paşanın qızıdır. II Abdülhəmid dövründə yaşayan Cavad Paşanın qardaşı qızı və Halikarnas Balıqçının bacısı Fahrelnisə Zeyidin qızlıq soyadı Kral 1 olmuş və ancaq Emir Zeyidlə ailə qurduqdan sonra isə soyadını Zeyidlə əvəz etmişdir. O müasir dövr rəssamıdır və modern üslubda çəkir. RəssamlığıFransada öyrənmişdir[11].
1901-ci ildə İstanbulda Böyükada da dünyaya gəlib. Atası dövlət işçisi, əsgər və tarixçi Kabaağaclı Mehməd Şakir Paşa, anası Giritli Sara xanımdır. Evin ortancıl uşağıdır.
14 yaşında rəsm çəkməyə başlamışdır. Müharibə dövrlərində Sanayi Nefisin şagirdlərindən biri olmuşdur.[14][15]
O ilk ailə həyatını 1920-ci ildə yazıçı İzzet Melih Devrimlə qurur[16][17]. O həyat yoldaşı ilə Avropa kəndlərinə ziyarət edir[18]. Bu evlilikdən iki uşağı dünyaya gəlir. O rəsm dərsini Parisdə Ranson Akademiyasında və Türkiyədə Gözəl Sənət akademiyasında Namiq İsmayılın yanında davam elətdirir[19].
1934-cü ildə ikinci dəfə ailə qurur. Bu zaman o İraqın Ankaradakı səfiri İraq Kral I ilə ailə qurur. Bu evlilikdən Raad adında oğlu dünyaya gəlir.Səfir yoldaşı kimi Türkiyədən uzaqlaşan Zeyid Avropanın bir çox kəndlərinə səyahət etməyə davam edir və 1944-cü ildə İstanbulda rəsm sərgisi keçirir. Bundan sonra o Paris, London, Nyu-York, Brüsseldə sərgilərini açır.