Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Şakir Həsənov (tam adı: Şakir Rəfi oğlu Həsənov) 15 iyun 1947, Boradigah, Masallı rayonu – 26 mart 2022) — Azərbaycanlı mühəndis.[1]
Şakir Həsənov | |
---|---|
Doğum tarixi | 15 iyun 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 26 mart 2022 (74 yaşında) |
Vətəndaşlığı | |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Fəaliyyəti | siyasətçi, mühəndis |
Mükafatları |
Şakir Həsənov 15 iyun 1947-ci ildə Masallı rayonunun Borodigah kəndində ziyalı ailəsində anadan olmuşdur.[2] 1954-cü ildə Masallı rayonu Borodigah kənd orta məktəbin 1-ci sinfinə getmiş, 1965-ci ildə oranı bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.
1976-cı ildə Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun İnşaat mühəndisləri fakültəsini bitirmiş, tikinti-mühəndis ixtisasına yiyələnmişdir. Həmin illərdən də karyerasına tikinti inşaat sənayesi ilə başlamışdır. 1969-cu ildə Azərbaycan Tikinti Sənaye Nazirliyinin 74 saylı Tikinti İdarəsində TİŞ-nində fəaliyyətə başlamışdır. 1971-ci ildən 12 saylı Tikinti İdarəsinə fəhlə kimi işə qəbul edilmiş və az müddətdə usta vəzifəsinə keçirilmişdir. 1972-ci ildə 18 saylı Tikinti idarəsinə iş icraçısı təyin olunmuşdur. Bakı şəhərinə çəkilən Kür su kanalının tikintisində mühəndis kimi çalışmışdır. 1981–1984-cü illərdə 1 №-li trestin MQ İdarəsində baş mühəndis vəzifəsinə təyin olunmuşdur. 1972-ci ildən başlayaraq sahə rəisi vəzifəsinə keçirilmiş və tikinti-inşaat sahəsində yüksək nailiyyətlər əldə etmişdir.[3]
1982-ci ildə 1 №-li trestin 11 saylı Mexanizasiya İdarəsinə böyük iş icraçısı kimi təyin olunmuşdur. 1983-cü ildə həmin müəssisədə baş mühəndis vəzifəsinə keçirilmişdir. Həmin ildə Nijni Novqorod şəhərinə "Yüksək vəzifəli kadrların hazırlanması" institutuna kursa göndərilmiş və yüksək qiymətlərlə oranı bitirmişdir. Yüksək ixtisaslı kadr kimi ölkəyə qayıtmışdır.[3]
26 mart 2022-ci ildə vəfat etmişdir.[4]
1984-cü ildə Az.SSR Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti İdarəsinə sahə rəisi vəzifəsinə göndərilmiş və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmişdir. Abşeron, Masallı rayonlarının sovxoz və kolxozlarının tikintisində çalışmışdır.
1988-ci ildən başlayaraq Az.SSR "Xüsusi tikintiquraşdırma" Nazirliyinin Sumqayıt "Termoizalyasiya" Qİ-nə rəis vəzifəsinə təyin edilmişdir. 2004-cü ildən müəssisə tam özəlləşərək "AzTermoizol" ASC kimi fəaliyyət göstərir.
1988-ci ildən başlayaraq rəhbərlik etdiyi müəssisə Sumqayıt şəhərində və Azərbaycan Respublikası ərazisində tikilən və tikilməkdə olan dövlət əhəmiyyətli obyektlərdə çalışaraq yüksək keyfiyyətli iş təhvil vermiş və verməkdədir.[3]
1990–1995-ci illərdə Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur.[1] Sumqayıt şəhərində yaşamışdır.
Azərbaycan Respublikasını, Sumqayıt şəhərini təmsil edərək;