Boradigah


BoradigahAzərbaycanın Masallı rayonunun tabeliyində şəhər tipli qəsəbə (1966-cı ildən).

Boradigah
38°55′40″ şm. e. 48°42′31″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 7 000 [1] nəfər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4413[2]
Xəritəni göstər/gizlə
Boradigah xəritədə
Boradigah
Boradigah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati ərazi vahidi üzrə Boradigah qəsəbəsi Mollaoba TürkobaBabaser kəndlərini özündə birləşdirir.

Boradigah qəsəbəsi

"Boradigah" toponimi haqqında müxtəlif mülahizələr söylənilir. Boradigahı "bura digahdır" (yəni bura kənd yeridir) kimi izah edənlər də var. Daha inandırıcı mülahizəni coğrafiya elmləri doktoru, dosent N. Məmmədov söyləyir. O, "Boradigah" toponimi haqqında yazır: "Toponimin yazılışı "Bırə diqo"dur. Mənası tikanlıqdakı kənd yeri deməkdir. Talışca "Bır" – tikan, "o" – birləşdirici səs, "di" — kənd, "qo" — yer mənasındadır.

XVIII əsrə qədərki tarixi mənbələrdə Boradigah toponiminə demək olar ki, rast gəlinmir. Talış xanlığı inkişaf etmiş, ticarət, sənətkarlıq və mühüm yaşayış məntəqələrindən biri kimi tanınmağa başlayır. Təsadüfi deyil ki, xanlığın ərazi inzibati xəritələrində mühüm yaşayış məntəqəsi kimi Boradigah da göstərilir. Boradigah toponiminə XIX əsrə aid olan mənbələrdə tez-tez rast gəlinir. Belə ki, XIX əsrdə yaşayıb-yaratmış şairlərdən Mirzə Əziz şeirlərindən birində Lənkəran qəzasına məxsus 14 toponim sırasında Boradigahın da adını çəkir:

Məlum olduğu kimi, talış hakimi Mir Mustafa xan (1787–1814) mülkiyyətini sağlığında ikən ailə üzvləri arasında bölüşdürmüşdü. Boradigah onun ikinci oğlu Mir Hüseyn xana məxsus əraziyə daxil idi. Boradigahlılar vergini ona verirdilər. Tədqiqatçı F. Əsədovun fikrincə, Mir Hüseyn xan hər il Boradigahdan 360 tümən vergi alır və bundan əlavə 9 dəyirmandan gələn gəlir də ona çatırdı.

1853–1854-cü illərdə Boradigahda inşa olunmuş memarlıq abidəsi olan məscid hazırda da istifadə olunur. Onun tikintisi Boradigahın tarixində mühüm mədəni hadisələrdən biridir.

1913-cü ildə cəmi 700 həyətdən ibarət olan Boradigah kənd icması Mir Əsgər xanın 130 desyatin torpağını zəbt edərək ona icarə haqqı verməkdən imtina etmişdi. Hətta Yusif adlı kəndli xanı öldürmək məqsədilə ona güllə də atmışdı. Maraqlı budur ki, Mir Əsgər xan boradigahlıların öhdəsindən gələ bilməmiş, acizanə surətdə Qafqaz canişini N. Nikolayeviçə şikayətlənərək yazmışdı: "Boradigahlılar bizim torpaq sahələrimizi zəbt etmişlər, bizə icarə haqqı da vermirlər".

Qəsəbədə çay fabriki, 2 orta məktəb, kinoklub, xəstəxana, avtomat telefon stansiyası var. Boradigahda arxeoloji abidələrdən "Ağbala təpəsi" və "Mehti təpəsi" (Tunc dövrü) mühafizə olunmuşdur.

Qəsəbədə "Həzrəti Əli" məscidi dini icması fəaliyyət göstərir.[3]

Boradigah Əli Məscidi

Fiziki-coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Boradigah qəsəbəsi Lənkəran ovalığında, rayon mərkəzindən 12 km cənubda, Boladi çayının sol qolu olan Boradigah çayının hər iki sahilində yerləşir.

Boradigah çayı

[redaktə | mənbəni redaktə et]

Boradigah qəsəbəsinin kənd təsərrüfatında su həlledici rol oynayırdı. Uzunluğu 21 km olan Boradigah çayı ilə əlaqədar Boradigah və qonşu Qəzvinoba kənd sakinləri arasında tez-tez ciddi mübahisələr olurdu. Hər iki kəndin camaatı çayın haçalandığı qolları öz tərəfinə axıtmağa cəhd edirdi. Hətta bu mübahisələr dava-dalaşa səbəb olurdu. Nəhayət, 1914-cü ildə hər iki kəndin camaatı bu mübahisəyə son qoymaq məqsədilə çayın haçalandığı yerdə ucu sivri bir paya basdırır. Kəndlilər şərtləşirlər ki, kim özünü bu payanın üstünə atıb öldürərsə, su həmin şəxsin yaşadığı kəndin olacaq. Boradigah qəsəbəsindən olan Kulə Kələ ləqəbli bir kişi özünü payanın üstünə atıb öldürür və çay o vaxtdan Boradigahın içi ilə axmağa başlayır.

Hadisənin canlı şahidlərindən olan Boradigah ağsaqqalları indi də Kulə Kələnin fədakarlığından – öz ölümü ilə iki kənd camaatı arasındakı su mübahisəsinə son qoymasından danışır.

14 may — 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, MollaobaTüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı.[4]

2009-cu il siyahıyaalınmasına əsasən, Boradigah qəsəbəsi sakinlərinin sayı 10681 nəfərdir (qəsəbə mərkəzində 6280 nəfər).

Boradigah qəsəbə bələdiyyəsi 1999-cu ilin dekabr ayında keçirilmiş ilk bələdiyyə seçkilərində yaranmışdır. Bələdiyyənin 11 üzvü vardır. Bələdiyyənin ilk sədri Talıbzadə Hümmət Davud oğlu olmuşdur. Sonra isə Əhmədov Ədalət Ağahuseyn oğlu olmusdur

Tanınmış şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Cavadov Zəfər Əlihüseyn oğlu (12.09.1974–20.04.1994)
  • Əliyev Niyaməddin Məmməd oğlu (12.12.1973–21.11.1993)
  • Məmmədov Qeysər Heybət oğlu
  • Nağıyev İnqilab Şabala oğlu
  • Paşayev Fərasət Qubad oğlu (02.12.1973–02.02.1994)
  • Şiriyev Bəxtiyar Qurbanəli oğlu (22.04.1973–06.08.1992)
  • Şıxəliyev Elşən Nadir oğlu (15.08.1973–30.09.1992)
  • İbrahim Rükabzadə (14.10.2000–21.10.2020)
  • Əbdülrza Rəfibəyli (2.06.1998–23.10.2020)
  1. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  2. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  3. MÜSƏLMAN DİNİ İCMALAR — 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
  4. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893