Şalimar bağları — Pakistanın Lahor şəhərində yerləşən Moğol bağları kompleksi.[1] 1641-ci ildə tikinti işlərinə başlanılmış[2] növbəti ildə isə tamamlanmışdır. Layihənin idarə olunması Şahcahan sarayının əyanı, Əlimərdan Xan və Molla Alaul Maulk Tuni ilə əməkdaşlıq edən Xəlilullah xanın nəzarəti altında həyata keçirilib. Şalimar sözünün mənası sirli olaraq qalır, ancaq güman ki, Anna Suvorova[rus.]nın "Lahoru sevmək: şərq şəhərinin topofiliyası" kitabında irəli sürdüyü kimi söz Ərəb və ya Fars mənşəli ola bilər.[3] Şalimar bağları Lahor şəhərinin əsas hissəsindən təxminən 5 km şimal – şərqdə olan böyük magistral yol boyu Baqbanpura yaxınlığında yerləşir. Şalimar bağlarının yaradılması üçün ilham mənbəyi olan əsasən beş coğrafi məkan var: Mərkəzi Asiya , Kəşmir, Pəncab, İran və Dehli sultanlığı.[4]
Şalimar bağları | |
urdu شالامار باغ [* 1] | |
Ölkə | Pakistan |
---|---|
Tip | Mədəni |
Kriteriya | i, ii, iii |
Keçid | 171 |
Region | Asiya [* 2] |
Daxil edilməsi | 1981 (5-ci sessiya) |
|
|
Şalimar bağlarının yeri Arain qəbiləsindən olan Mian ailəsinə məxsusdur. Ailəyə imperiyadakı xidmətlərinə görə Moğol imperatoru tərəfindən Mian kral titulu verilib. Mian ailəsinin başçısı Məhəmməd Yusif təzyiqlərdən sonra imperator Şahcahana yaxşı vəziyyəti və torpağı olan İshaq Puranı verib. Şahcahan isə bunun əvəzində Şalimar bağlarını ailənin idarəsinə verib. Bağlar 350 ildən artıq müddətdə bu ailənin qəyyumluğu altında qalıb.
1962-ci ildə Pakistanda hərbi vəziyyət Mian ailəsinin üzvlərinə qarşı çıxdığı üçün prezident Eyyub xan Şalimar bağlarını milliləşdirib.[5]
Mela Çirağan festivalı 1958-ci ildə Eyyub xanın qadağasına qədər Şalimar bağlarında təşkil olunurdu.
Şalimar bağları hündür kərpic divarları əhatə edən uzunsov paraleloqram formasında uzanır. Bağlar həmçinin özünün məşhur birləşdirilmiş dekorativ dizaynı ilə tanınır. Bağın ölçüləri şimaldan cənuba 658 metr, şərqdən qərbə 258 metrdir. 1981-ci ildə Şalimar bağları 1972-ci ildə dünyanın mədəni və təbii irsi abidələrinin qorunması ilə bağlı olan YUNESKO konvensiyası altında Lahor qalası ilə yanaşı Ümumdünya irsi siyahısına əlavə edilib.
Şalimar bağları biri digərindən 4-5 metr hündür olmaqla üç səviyyəli terrasdan təşkil olunub. Terraslara uyğun adlar aşağıdakı siyahıda göstərilib:
Fəvvarələr aşağıdakı kimi bölünür:
Şalimar bağlarında olan ağacların bəziləri aşağıdakılardır:
|
|
|