Şalva Mşvelidze

Şalva Mixayloviç Mşvelidze (gürc. შალვა მიხეილის ძე მშველიძე; 1904–1984) — sovet gürcü bəstəkarı və musiqi müəllimi. Gürcüstan SSR xalq artisti (1958). İki İkinci dərəcəli Stalin mükafatı laureatı (1942, 1947). 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub.[3][4]

Şalva Mşvelidze
gürc. შალვა მიხეილის ძე მშველიძე
Ümumi məlumatlar
Doğum tarixi 28 iyul (10 avqust) 1904 və ya 1904[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1984[1][2][…]
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janr opera
Təhsili
  • Tbilisi Dövlət Konservatoriyası[d]
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Stalin" mükafatı

Şalva Mşvelidze 1904-cü il iyulun 15-də (28) Tiflisdə (indiki Tbilisi, Gürcüstan) anadan olmuşdur.[4]

1930-cu ildə Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasına daxil olmuş, burada M.M.Baqrinovskinin yanında bəstəkarlıq təhsili almışdır. Aspirantura təhsilini N. A. Rimski-Korsakov adına Dövlət Konservatoriyasında və Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında (V. V. Şerbaçovun qrupunda təhsil alıb) davam etdirib.[4]

Şalva Mşvelidze ilk gürcü klassik musiqisinin pionerlərindən sayılır. Onun yaradıcılığına altı simfoniya və simfonik poema daxildir. Belə ki, o, "Tariel əfsanəsi" (1946), "Böyük Ustadın sağ əli" (1961), "Qafqazioni" oratoriyası (1949) və "Əsrlər ənənəsi" (1970, V. İ. Leninə həsr olunmuş) operalarının, dörd simfoniyanın (1943, 1944, 1952, 1968), "Zviadaur" (1940), "Mindiya" (1950), "Gənc və bəbir" (1962) simfonik poemalarının müəllifidir.[4]

Mşvelidze bədii yaradıcılıqla yanaşı inzabati vəzifələrdə də çalışıb. O, Sov.İKP üzvü və deputat olub. Gürcüstan Daxili İşlər Nazirliyində məsul vəzifələr icra edib. Şalva Mşvelidze 3-cü çağırış Gürcüstan SSR Ali Sovetinin deputatı seçilmişdir.

1942-ci ildə professor elmi adına layiq görülüb. 1942-ci ildə Mşvelidze Gürcüstan Sovet Bəstəkarlar İttifaqının sədri seçildi. 1947-ci ildən Gürcüstan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru və bədii rəhbəridir. 1942-ci ildə simfonik poemasına görə Stalin mükafatına layiq görülüb. Ona ikinci Stalin mükafatı 1947-ci ildə "Tarielin hekayəsi" operasına görə verildi. O, həm də Zakariya Paliaşvili mükafatı laureatı olub. O, 1952-ci ilə qədər Gürcüstan Bəstəkarlar İttifaqının Komitəsinin rəhbəri olub.

Abxaz xalq musiqisinin toplanması və yazılmasında iştirak etmişdir.[5]

Şalva Mşvelidze 1984-cü ildə Tbilisidə vəfat edib. O, yazıçılar və ictimai xadimlərin Didube panteonunda dəfn olunub.

  1. 1 2 datos.bne.es (isp.): El portal de datos bibliográficos de la Biblioteca Nacional de España. 2011.
  2. 1 2 http://id.worldcat.org/fast/1757179.
  3. "МШВЕЛИДЗЕ ШАЛВА МИХАЙЛОВИЧ — Визуальный словарь". 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  4. 1 2 3 4 5 6 7 8 9 10 Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 17. Моршин — Никиш. 1974. 616 стр., илл.; 34 л. илл. и карт.
  5. Музыкальная энциклопедия. Гл. ред. Ю. В. Келдыш. Т 1. А — Гонг. 1072 стб. с илл. М.: Советская энциклопедия, 1973