Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Şam-Fi — Ticarət və istehsalat sahələri üzrə ixtisaslaşmış Azərbaycan şirkəti.[1]
Şam-Fi | |
---|---|
Şam-Fi İntreneşnl Tredinq Kompani MMC | |
Ümumi məlumatlar | |
Tipi | MMC |
Sənaye |
Qida Ticarət İstehsalat |
Təsis tarixi | 2004-cü il |
Baş qərargahın yeri | Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 |
sham-fi.az |
Şam-Fi 2004-cü ildə yaranıb. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkət qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir.
Sonralar istehlakçılara yüksək səviyyəli xidmət göstərmək və keyfiyyətli brendlərin Azərbaycan vətandaşlarının istifadəsinə təqdim edə bilmək məqsədilə şirkət distribütor fəaliyyətinə qədəm qoyur. Başlanğıcda yalnız Türkiyə Respublikasından qıda məhsullarının idxalı ilə fəaliyyətə başlayan şirkət hazırda əməkdaşlıq etdiyi ölkələrin siyahısına Rusiya, Ukrayna, Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Misir və s. kimilərini əlavə edib.
Distribütor olduğu markaların satışını ilk öncə Bakı şəhərində həyata keçirən Şam-Fi hal-hazırda Azərbaycanın bütün bölgələrinə satış həyata keçirir.[1]
Şirkət Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub bölgəsini əhatələyən Lənkəran şəhəri filialı, Mərkəzi aran rayonları əhatə edən Şirvan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir və Gəncə filialları ilə təmsil olunur.[2]