Şamama Həsənova

Şamama Həsənova (7 noyabr 1923[1], Arayatılı, Qaryagin qəzası5 sentyabr 2008, Bakı) — İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.

Şamama Həsənova
Şamama Mahmudəli qızı Həsənova
Doğum tarixi 7 noyabr 1923(1923-11-07)[1]
Doğum yeri
Vəfat tarixi 5 sentyabr 2008(2008-09-05) (84 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti pambıqçı
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şamama Həsənova (1940)

Şamama xanım Həsənova 1923-cü il noyabrın 7–də indiki Füzuli rayonunun Arayatılı kəndində anadan olmuşdur.[2] Gənc yaşlarından Füzuli rayonunun "1 May" kolxozunda əmək fəaliyyətinə başlayan Şamama Həsənova qazandığı nailiyyətlərə görə 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. 1950-ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilmiş və Şamama Həsənova ikinci dəfə Əmək Qəhrəmanı adını qazanmışdır. O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur.

1953-cü ildə Şamama Həsənova işlədiyi "1 May" kolxozunun sədri seçilmiş və qırx ilə yaxın həmin kolxoza rəhbərlik edərək, onun sovet dövründə respublikanın qabaqcıl pambıqçılıq təsərrüfatlarının birinə çevrilməsi üçün qüvvə və bacarığını sərf etmişdir. Şamama Həsənovanın işgüzarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində bu kolxoz respublikanın nüfuzlu təcrübə mübadiləsi mərkəzi kimi də məşhurlaşmışdır. Şamama xanım həmişə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmiş, rastlaşdığı problemlərin həlli yolunda əlindən gələni əsirgəməmiş və pambıqçılıq sahəsində çalışan qadınların əməyinin daha səmərəli təşkil olunması işinə öz töhfəsini vermişdir.

Şamama Həsənova şərəfli həyat yolu keçmişdir. Onun bütün ömrü respublikada pambıqçılığın inkişafı ilə bağlı olmuşdur. Azərbaycan kəndində qadınların pambıqçılıq sahəsində qazandığı uğurlarda onun zəhməti təqdirəlayiqdir. İşlədiyi illər ərzində özünü gözəl kənd təsərrüfatı mütəxəssisi, bacarıqlı təşkilatçı və qayğıkeş insan kimi göstərmiş Şamama Həsənova zəhmət adamları arasında dərin hörmət qazanmış, onun fəaliyyəti və şəxsiyyəti Azərbaycan qadınları tərəfindən örnək olaraq qəbul edilmişdir.

Şamama Həsənovanın ictimai fəaliyyəti də zəngin olmuşdur. O, 4–11-ci çağırışlar SSRİ Ali Sovetinin deputatı seçilmiş, 1960–1974-cü illərdə SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən Şamama Həsənova respublikanın bir çox nüfuzlu seçkili orqanlarının işində fəal iştirak etmişdir. Gərgin əməyi yüksək qiymətləndirilən Şamama Həsənova pambıqçılıq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş, doğma kəndində onun tuncdan büstü qoyulmuşdur.

İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şamama Mahmudəli qızı Həsənova 2008-ci il sentyabrın 5–də ömrünün 85-ci ilində vəfat etmişdir.[3]

1973-cü ildə çəkilən "Şamama" adlı qısametrajlı sənədli televiziya filmi Şamama Həsənovanın həyat və fəaliyyətinə həsr olunmuşdur.

  1. 1 2 Гасанова Шамама Махмудали кызы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Гасанова Шамама Махмудали кызы". 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
  3. "Sosialist Əməyi Qəhrəmanı-Şamama Mahmudəli qızı Həsənova". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.