Arayatlı

ArayatlıAzərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Arayatlı
39°28′58″ şm. e. 47°22′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 147 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Arayatlı xəritədə
Arayatlı
Arayatlı

Kəndin adı bəzi mənbələrdə "Oriyadlı" kimi qeyd olunmuşdur.

Arayatlı tayfa adıdır. XII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş tayfalardan (Uryat, Oyrat, Sukait, Kinqut, Curyat, Saray, Calair, Tanqut, Dördbet və s.) Uryat tayfasının adı ilə bağlıdır. Salyan rayonunda Böyük Oriyad və Kiçik Oriyad kənd adları ilə mənşəcə eynidir.

XIX əsrin ortalarında bu kənd "Mustafa Sərkarlı" da adlanmışdır.[2]

Birinci qarabağ müharibədsində Arayatlı kəndi dəfələrlə atəşə məruz qalmışdır.

1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Arayatlı bələdiyyəsi[3] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 09.09.2020-ci il tarixində qəbul edilmişdir[4].

Arayatlı Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[5] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[6] uyğun olaraq, Arayatlı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

Arayatlı Bələdiyyəsi

[redaktə | mənbəni redaktə et]

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[7] əsasən Arayatlı kəndi Arayatlı Bələdiyyəsinin (vergi kodu: 7502, statistika kodu: 60604007[8]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Arayatlı kənd inzibati ərazi dairəsində yerləşən Arayatlı kəndi mövcuddur.

Arayatlı Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[9] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[10] uyğun olaraq, Arayatlı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

Araz çayının sol sahilindən bir qədər aralı düzənlikdədir. XIX əsrə aid sənədlərdə Mustafa Sərkarlı adı ilə verilir. 1933-cü ildə Arayatılı şəklində qeydə alınmışdır. Belə güman edilir ki, toponim XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş türkdilli uryat tayfasının adını özündə əks etdirir. Etnonim isə türk dillərindəki ara (orta) və yat/yatuq (hərəkət etməyən, oturaq türk) sözlərindən olub "mərkəzdə yerləşən oturaq türklər" deməkdir. Burada -lı şəkilçisi aidlik, mənsubluq ifadə edir.[11]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1043 nəfər əhali yaşayır.[12]

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  • Şamama Həsənova — iki dəfə Sosialist Əməyi Qəhrəmanı.
  • Ramin Hacılı (1 sentyabr 1983) — Azərbaycanlı siyasətçi, "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktoru. Azərbaycan Avropa Hərəkatının prezidenti.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Yuxarı Qarabağın Toponimləri". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  7. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  8. BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI 2015, Dövlət Statistika Komitəsi. (PDF) https://www.stat.gov.az/menu/5/source/Municipal_classifications.pdf (#bare_url_missing_title).
  9. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  10. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  11. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  12. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629