Şamats (bosn. Bosanski Šamac, serb. Шамац / Šamac, xorv. Bosanski Šamac) — Bosniya və Herseqovinanın şimal-şərq hissəsində yerləşən şəhər. Eyniadlı icmanın inzibati mərkəzi. Serb Respublikasının Doboy regionuna daxildir. Şəhər Sava çayı üzərində, Bosna çayının töküldüyü yerdə, Xorvatiya ilə sərhəddə yerləşir.
Şamats | |
---|---|
45°04′ şm. e. 18°28′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 82 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 5390[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +387 54 |
Poçt indeksi | 76230 |
Digər | |
opstinasamac.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Bosniya müharibəsindən əvvəl şəhərin adı Bosanski-Şamats idi. Sonradan Serb Respublikasının hökuməti Şamats adını təsdiqlədi.[1][2]
2013-cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 5 390 nəfər, icmanın isə 19 041 nəfər idi.[1]
1991-ci il siyahıyaalınmasına görə şəhər əhalisinin etnik tərkibi: