Şamaxı zəlzələsi (2019)

Şamaxı zəlzələsi2019-ci ilin 5 fevral tarixində, yerli vaxtla saat 23:19-da Azərbaycannın Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Ardından 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Şamaxı zəlzələsi
Tarix
Maqnituda 6 bal
Əhatəsi Azərbaycan Azərbaycan

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub[1]. Bu zəlzələ Şamaxıda dağıntılara səbəb olub. Bir neçə evdə uçqunlar olub, 6 nəfər yaralanıb. Təcili yardım stansiyasına 20-yə yaxın müraciət olub[2][3]. Daha çox dağıntı rayonun Qəleybuğurd, QızmeydanNağaraxana kəndlərində qeydə alınıb[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şamaxıda zəlzələ[ölü keçid]
  2. "Azərbaycanda seysmik aktivlik davam edir - 13 saatda 6 zəlzələ oldu + Cədvəl". 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  3. "Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
  4. "Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində bir neçə evə ziyan dəyib". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.