Şərqi Azərbaycanda zəlzələ (2019)

Şərqi Azərbaycan zəlzələsi (2019) — 2019-cu il 8 noyabr tarixində yerli vaxtla 03:17-də baş vermiş zəlzələ. Dərinliyi 20 km olan 5.9 bal gücündə təbii fəlakət.

Şərqi Azərbaycanda zəlzələ (2019)
Maqnituda 5.9
Episentrin yeri
  • 37°48′11″ şm. e. 47°34′52″ ş. u.HGYO
Xəsarət alanlar 7 ölü, 584 yaralı
Xəritədə yeri
[[Fayl:|280px|Şərqi Azərbaycanda zəlzələ xəritədə]]

Tektonik təyinatı

[redaktə | mənbəni redaktə et]

İran cənubda Bitlis-Zaqros qurşağından Böyük Qafqaz dağlarına, şimalda Abşeron-Balkan silsiləsindən Kopetdağ dağına qədər uzanan Ərəbistan plitəsi ilə Avrasiya plitəsi arasında yerləşir. Bu plitələrin toqquşması 3,000,000 km2 sahədə kontinental qabığın deformasiya olunmasına səbəb olur. Bu yer üzərində ən geniş ərazini əhatə edən konvergent deformasiyadır. İranın şimal-qərbində Ərəbistan plitəsi şimala doğru Avrasiya plitəsinə nisbətən ildə təxminən 20 mm sürətlə hərəkət edir. Təbriz yaxınlığında ərazidə deformasiyada Şimali Təbriz qırılması üstünlük təşkil edir, qərb-şimal-qərb – şərq -cənub-şərqdən sağa doğru hərəkət 858-ci ildən bəri 6 baldan yuxarı 7 tarixi zəlzələnin baş verməsinə səbəb olmuşdur.

Digər aktiv qırılma zonası ƏhərHəriş şəhərləri arasında qərb- şərq meylliyidir. Bu zona isə 2012-ci ilin avqust ayında 6.4 bal gücündə zəlzələnin baş verməsinə səbəb olmuş və nəticədə ən azı 38 nəfər həlak olmuş, 3200 nəfər xəsarət almış, onlardan da 268 nəfəri xəstəxanada dünyasını dəyişmişdir.[1][2]

Göstərilən ərazilərdə Merkalli intensivliyi [3]
Merkalli intensivliyi şkalası Ərazilər Təsir etdiyi əhali sayı
VII (çox güclü) Sərab 77,000
VI (güclü) Həştrud 83,000
V (orta) Təbriz 1.28 milyon
IV (zəif) Ərdəbil 6.45 milyon

5.9 bal gücündə zəlzələ Ərəbistan və Avrasiya plitələri arasında sərhəddən təxminən 250 km şimal-şərqə doğru baş vermişdir. Ocağın mexanizmi Bozquş dağının altında sola doğru istiqamətdə qırılma olduğunu göstərirdi. Afterşokların paylanması Şimal-şərq və Cənub-qərb müstəvisi boyunca qırılma olduğunu göstərir. Səthin altına qalmış qırılmanın ölçüsü 3.8 x 4.9 km2 dəyərləndirildi. Bu 5 km dərinlikdə 0.8 metr maksimum sürüşmə zonası əmələ gətirdi, sürüşmənin daha geniş hissəsi 2 km və 11 km dərinlik aralığında baş verdi. [4]

Dağıntı və fəlakətlər

[redaktə | mənbəni redaktə et]

Zəlzələdən 6 şəhər və 145 kəndin birlikdə 121.307 nəfər əhalisi zərər gördü. Onlardan 30-u tamamilə dağıldı. Ən çox zərər görən ərazilər Şərqi Azərbaycan əyalətində Miyanə və Sərab şəhərləri idi. Bəzi mal-qara da da anbar və çardaqların dağılmasına görə tələf oldu. Zəlzələ nəqliyyat yollarının, telekommunikasiya xəttlərinin, su kanalizasiyalarının sürüşməsinə və dağılmasına və qaz borularının zərər görməsinə görə isə yanğınlara səbəb oldu. Zəlzədə düşən dağıntılar nəticəsində 5 nəfər həlak oldu, 66 nəfər isə xəsarət aldı. 518 nəfər isə zəlzələ nəticəsində yaranan təşvişə görə xəsarət aldı, zəlzələ nəticəsində yaranan yanğınların səbəb olduğu karbon monoksid qazından zəhərlənməyə görə daha 2 nəfər dünyasını dəyişdi.[5]

Təbrizdə orta dərəcəli təkanlar qeydə alındı, 6 ev dağıldı və 400 ev zərər gördü.[6]

3091 çadır, 3000-dən çox ərzaq bağlaması, 3521 ədyal, 4595 şüşə su, 440 nətbəx seti və 350 ədəd çörək zəlzələ qurbanlarına yardım olaraq göndərildi.[5]

  1. "M 6.4 – 26 km SW of Ahar, Iran". Arxivləşdirilib 2023-02-02 at the Wayback Machine 11 August 2012.
  2. Torbati, Yeganeh (12 August 2012). "Two earthquakes in Iran kill 250 and injure 2,000". Arxivləşdirilib 2023-02-02 at the Wayback Machine Reuters. Dubai.
  3. "M 5.9 – 59 km NE of Hashtr?d, Iran". earthquake.usgs.gov. 2019-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  4. Yang, Jiuyuan; Xu, Caijun; Wen, Yangmao (2020). "The 2019 Mw 5.9 Torkaman chay earthquake in Bozgush mountain, NW Iran: A buried strike-slip event related to the sinistral Shalgun-Yelimsi fault revealed by InSAR". Journal of Geodynamics. 141–142: 141–142.
  5. 1 2 "Iran: Earthquake – Information Bulletin (13 Nov 2019) – Iran (Islamic Republic of)" Arxivləşdirilib 14 noyabr 2019 at the Wayback Machine. ReliefWeb.
  6. "Magnitude 5.9 earthquake kills 5, injures 300 in Iran". Arxivləşdirilib 2023-02-21 at the Wayback Machine dailysabah.com. 8 November 2019.