Qəleybuğurd — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Qaleybuğurd | |
---|---|
40°45′24″ şm. e. 48°34′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qəleybuğurd kəndi Qəleybuğurd inzibati ərazi vahidinə daxildir. Kəndin dəniz səviyyəsindən hündürlüyü 1300 m-dir. Kənddə "Buğurd qalası" tarixi abidəsi var. Təbii abidəsi isə Bədo istirahət zonasıdır. Kənddə həkim ambulatoriyası var. Kənd Şamaxı şəhərinin şimal-şərqində yerləşir. Ən yaxın kənd Çuxuryurd kəndidir. Burada 175 ev elektrik xəttinə qoşulub. Kənd əhalisinin 70%-i içməli su ilə təmin olunub.
Qalaybuğurt Şamaxı rayonunda kənddir. Ağsu çayının sahilində, Niyaldağ silsiləsinin ətəyindədir. Yaxınlıqdakı qədim Buğurd qalasının adını daşıyır. Yazılı mənbələrdə adı ilk dəfə 13-cü əsrdən məlumdur. Qalanın özü isə arxeoloji qazıntılara görə 11-ci əsrdən mövcuddur. Buğurt qalasını 1538-ci ildə Səfəvi hökmdarı I Təhmasib dağıtmışdır. Qala öz adını Buğur dağının adından almışdır ki, bu da qədim türk dillərindəki buqur(qozbel) sözündəndir. Buqurdağ "qozbel dağ" mənasını verir. Sonralar danışıqda buqur sözünə "t" səsi əlavə olunmuşdur. 13-cü əsr müəllifi Zəkəriyyə Qəzvini qalanın adını Biqur kimi də qeyd etmişdir.[1]
2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.[2]
Kənddə 210 ev var və Kənd əhalisi 859 nəfərdir ki, onunda 409 nəfəri kişi, 450 nəfəri isə qadınlar təşkil edir..
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |