Şamayi Devidson

Şamayi Devidson (ing. Shamai Davidson; ivr.שמאי דוידסון‏‎; 1926, Dublin1986, Qüds) — İsrail professoru, psixiatrı və psixoanalitiki. O, ömrünün otuz ilini Holokostdan sağ çıxanlarla işləmiş, onların təcrübələrinin mahiyyətini anlamağa çalışmışdır. Devidson Şalvata Zehni Sağlamlıq Mərkəzinin tibbi direktoru və Eli Vizel adına Holokostun Psixososial Travmasının Tədqiqi kafedrasının sədri olmuşdur.[1] İrlandiyanın Dublin şəhərində anadan olan Devidson[2] Varşava gettosunda, Lodz gettosunda və Çelmno qaz furqonlarında bir çox qohumunu itirmişdir. O, Qlazqo UniversitetindəOksford Universitetinin Tibb Məktəbində tibb təhsili almışdır. Devidson İzrail ÇarniEli Vizel ilə birlikdə Holokost və Soyqırım İnstitutunu təsis etmişdir. O, ölümünə qədər Holokostdan sağ çıxanları müalicə edən psixiatr və psixoanalitik kimi çalışmışdır.[3]

Şamayi Devidson
Doğum tarixi 1926
Doğum yeri
Vəfat tarixi 1986
Vəfat yeri
Vətəndaşlığı
Təhsili

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Davidson's Biography" (PDF). 2011-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-23.
  2. "דוידסון, פרופ' שמאי". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
  3. Holding on to Humanity--The Message of Holocaust Survivors: The Shamai Davidson Papers. ed. Israel W. Charny, NYU Press, 1995, ISBN 0-8147-1513-3, p. 224

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]