Şamil Əliyev 26 iyun 1960-cı ildə anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1984–1989). 1990-cı ildən "Azərbaycanfilm" kinostudiyasında və bir neçə tv kanalında çalışıb. "Vətən sərhəddən başlayır" (2004, 30`, BTC), "Bakı Avropa Liseyi – İstedadlar Planeti" (2005, 30`, BTC) sənədli filmlərini çəkib. Azərbaycan kinematoqrafiyası haqqında ilk ensiklopedik saytı (http://www.cinema.aznet.org) işləyib hazırlayıb. 2008-ci ildən "Nurfilm" studiyasının təsisçisi və rəhbəridir.
2013-cü ilin mayında "Çölçü" filminə görə "Humay" milli mükafatına layiq görülmüşdür[1]. 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2]
↑"Çölçü" filmi daha bir mükafata layiq görülüb: [rejissor Şamil Əliyevin filmi Dehlidə keçirilən II Noida beynəlxalq film festivalında] //Mədəniyyət.- 2015.- 18 fevral.- S.16.
↑Azərbaycan filmi beynəlxalq festivalda mükafata layiq görülüb: [Ukraynada keçirilən "Xarkov yasəməni" beynəlxalq qısametrajlı filmlər festivalında rejissor Şamil Əliyevin "İz… Qala" sənədli filmi "Jurnalistlərin rəğbəti" mükafatına layiq görülüb] //525-ci qəzet.- 2011.- 1 iyun.- S. 7.
↑"İz… Qala" sənədli filminin premyerası olmuşdur: [Mərdəkan Mədəniyyət Sarayında Şamil Əliyevin quruluşunda hazırlanan eyni adlı film haqqında] //Xalq qəzeti.- 2010.- 8 aprel.- S. 6.
↑Zümrüd. "İz… Qala" ekran əsərinin premyerası keçirilib: [Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Azərbaycan kinosu" həftəsi çərçivəsində eyni adlı ekran əsərinin premyerasının keçirilməsi haqqında] //Səs.- 2010.- 9 aprel.- S. 12.