Şamil Muxtar oğlu Ağayev — Azərbaycan jurnalisti
Şamil Ağayev | |
---|---|
Şamil Muxtar oğlu Ağayev | |
Doğum tarixi | |
Doğum yeri |
Rusiya imperiyası Şuşa qəzası, Malıbəyli |
Vəfat tarixi | |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Zərifə Ağayeva |
Uşağı | Sarvan Şamiloğlu |
Atası | Muxtar Ağayev |
Anası | Nabat Ağayeva |
Fəaliyyəti | jurnalistika |
Əsərlərinin dili | Azərbaycan dili |
Şamil Ağayev 1910-cu ildə Şuşa qəzasının (indiki Şuşa) Malıbəyli kəndində anadan olmuşdur. O, 1933 ildə Quba kənd təsərrüfatı texnikumunda oxumunu bitirmişdir.
Şamil Ağayev Azərbaycan Meyvə-Tərəvəz İttifaqının Quba rayon şöbəsində aqronom, "Qızıl Quba" qəzetində ədəbi işçi işləmişdir. O, Ağdam rayon maliyyə şöbəsində inspektor, müdir müavini, "Lenin yolu" ("Ağdam") qəzetində məsul katib vəzifələrində işləmişdir.
Şamil Ağayev II Dünya Müharibəsi iştirakçısıdır. 1939 ildə hərbi xidmətə çağrılmış, Berlinə qədər döyüş yolu keçmişdir. Budapeştin və Vyananın alınmasına görə medalları ilə, "İgidliyə görə", "Döyüş xidmətlərinə görə", "Almaniyanın üzərində qələbəyə görə", "Qələbənin 20, 30, 40 illiyi" medalları ilə, "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir.
Şamil Ağayev 1995 ildə vəfat etmişdir.
Şamil Ağayev tanınmış Azərbaycan jurnalisti Sarvan Şamiloğlunun atasıdır. Zərifə Ağayeva Şamil Ağayevin həyat yoldaşıdır.