Malıbəyli — Azərbaycan Respublikasının Xocalı rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənd.[2]
Malıbəyli | |
---|---|
39°49′46″ şm. e. 46°47′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 758 m[1] |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.[3]
5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib.[4]
Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir.[5]
Kənd Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb.
1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkdi.[7] Nəhayət, 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfər dinc sakin həlak olmuşdu. 1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan HHQ-nə məxsus Su-25 təyyarəsi vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub.
Kəndin sakinlərinin gəldiyi Malıbəy kəndində, "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, 170 evdə 950 şiə kürd yaşayırdı.[8] 1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə kənddə 1,224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət olub.[9]