Şandor sarayı

Sandor Sarayı (mac. Sándor-palota) — Macarıstanın Budapeşt şəhərində saray və iqamətgah. Buda Qala Kompleksinin yanında yerləşir. 2003-cü ildən etibarən Macarıstan Prezidentinin rəsmi iqamətgahı və iş yeri olaraq xidmət etmişdir.

Şandor sarayı
Sándor-palota
Xəritə
Ümumi məlumatlar
Növü prezident sarayları
Memarlıq üslubu klassisizm
Ölkə
Koordinatlar 47°30′00″ şm. e. 19°02′24″ ş. u.
Dizayn və konstruksiya
Memar Mixai Pollak
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sandor Sarayı, müasir Macarıstanda ən böyük 37-ci saraydır.

Sarayın[ölü keçid] cənub-qərb fasadı və Neoklassik üslubda fasad detalları.

Neoklassik üslubdakı orjinal sarayın tikintisinə təxminən1803-cü ildə başlanmış və təxminən 1806-cı ildə tamamlanmışdır. Qraf Vincent Sandor onu istifadəyə verdiyi üçün saray onun adını almışdır. Vincent Sandor Avstriya-Macar İmperiyasında bir filosof və aristokrat idi.

Saray daha sonra 1848-ci ildə Macarıstan inqilabı zamanı dağıdılana qədər Macarıstanın İmperator Qubernatoru Albrextə məxsus idi. Bundan sonra saray və meydanın qarşısındakı bitişik binalar dövlət idarələri kimi icarəyə verildi.

Sarayın ən nüfuzlu icarəçisi Macarıstanın Baş naziri Dyula Andraşi idi. O sarayı 1867-ci ildə Macarıstan hökuməti üçün Pallavicini ailəsindən icarəyə götürmüşdü. Andraşi daha sonra əmlak mübadiləsindən sonra saraya sahiblik edəcəkdir.

Andraşi o vaxtlar təmirə ehtiyacı olan binanı memar Mikloş İblin köməyi ilə təmir etdi. O birinci mərtəbə iqamətgahı olarkən zəmin qatını təmir etdirir və buradan ofisi kimi istifadə edir.[1]

Sarayda ümumilikdə, on doqquz Macarıstan Baş Naziri yaşamış və hər biri binanı öz zövqlərinə uyğunlaşmışdır.[2]

II Dünya müharibəsində

[redaktə | mənbəni redaktə et]

1919-cu ildə Macarıstan Sovet Cümhuriyyətinin süqutundan sonra, Sandor Sarayı, II Dünya Müharibəsinə qədər Baş nazirin iqamətgahı olaraq xidmət etməyə dəvam etdi. 1941-ci ildə müharibə zamanı Pal Teleki sarayda intihar etdi.

Dörd ildən az müddət sonra Müttəfiq təyyarələri Sandor Sarayını bombaladı və bina dağıdıldı. Sarayda dəyərli hər şey müharibə qəniməti kimi alındı. Dağıntılar buldozerin qurbanına çevrilməsə də, 1989-cu il inqilablarına qədər saray bu halda da qaldı.

1989-cu ildə Macarıstanda Kommunist siyasi sistemindəki dəyişikliyin ardından və bərpa işçilərinin fədakar bir komandası sayəsində dağıntılar üzərində damörtüyü ucaldıldı və divarlar ilə dəstəkləndi. İllər keçdikcə Sandor Sarayı tədricən əvvəlki şöhrətinə qaytarıldı və daxili hissəsi 2002-ci ildə təmir edildi. Əşyaların və bina hissələrinin əksəriyyəti məhv edilmiş orijinalların surətləridir.[2]

Bərpa 1983-cü ildlərə aid bərpa edilmiş orijinal planlar və müasir xəritələrin ətraflı tarixi əsasında aparılmışdır.[1]

Memarlıq və dizayn

[redaktə | mənbəni redaktə et]
Macarıstanın[ölü keçid] köhnə gerbi təsvir edilmiş lövhə

Xarici xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Meydanla üzbəüz olan sarayın cənub-qərb fasadında yuxarısında Köztársasági Elnöki Hivatal (Macarca: Respublika İdarəsinin prezidenti) yazısı olan ikilaylı açıq yaşıl rəngli qapı var. Yazının üstündəki dəmir lövhədə Macarıstanın müasir gerbi təsvir edilmişdir və lövhənin bir tərəfində Macarıstan bayrağı, digər tərəfində isə Avropa İttifaqının bayrağı dalğalanır.

Sarayın cənub-şərq fasadında isə heç bir yazısı olmayan oxşar bir cüt açıq yaşıl qapı var. Cənub-şərq tərəfindəki birinci mərtəbədən yuxarı Roma rəqəmi ilə yazılmış MDCCCVI (1806, orijinal sarayın tamamlandığı il) ili Yunan-Roma memarlığını təqlid edən bir timpanumdur.

Prezident[ölü keçid] Corc Uoker Buş, Qırmızı Salonda Macarıstan Prezidenti Laszlo Solyom ilə görüşür
Xanım[ölü keçid] Lora Buş, Mavi Salonda Macarıstanın birinci xanımı Erzsebet Solyomun qonaq etdiyi çayda iştirak edir


Daxili quruluşu

[redaktə | mənbəni redaktə et]

Pilləkən parlaq səthə və zərif qızıl örtüklü çuqun zəminə malikdir. Giriş foyesi sadə zolaqlı damask qobelenləri ilə bəzədilib və funksiyaya uyğun olaraq bidermayer stulları ilə döşənib. Divarlar ağ rənglidir, tavan isə rəsmlər ilə bəzədilib. Rəflərdəki əşyalar və heykəllər hamısı əvvəllər sarayda yerləşdirilənləri təkrarlayır.

Kiçik İmperiya Salonu bir vaxtlar sarayın özəl və ictimai hissələrini birləşdirirdi. Bu gün Prezident bu otağından qeyri-rəsmi görüşlər üçün istifadə edir.[1] Bu yaxınlarda divarlara Karoly Lotz tərəfindən mifoloji fiqurları əks etdirən bir sıra panellər və tavana ilahələrin səkkizguşəli bir şəkli əlavə edildi.[2]

Mavi salon, ya da Qobelin salonu, barokko üslublu mebelləri ilə sarayın ən zərif otağıdır və daha böyük görüşlər üçün istifadə olunur.

Qırmızı Salon və ya Mariya Tereza Salonu, sarayın ən eleqant otağıdır. Əvvəllər burada imperatriçə Mariya Terezanın itirilmiş portreti nümayiş olunurdu. Artıq onun yerini Macarıstan Kraliçası olaraq taxta çıxmaq üçün geyinmiş İmperatriçənin portreti tutur. Otaqdakı

divar rəsmlərini Mikloş İbl tərtib etmişdir.[1] Otaq xüsusilə monarxla hökumət arasındakı uzlaşmanın xatirəsinə uyğunlaşdırılmışdır, buna görə də digər otaqlarda görkəmli Macarıstan prezidentlərinin və baş nazirlərin portretləri yoxdur.[2]

Geniş güzgülü zal Prezident tərəfindən səfirlərin qəbulu kimi çox rəsmi tədbirlərdə istifadə olunur.

Prezidentin konfrans zalı sarayın cənub-qərb küncündə yerləşir. Buradan Dunay və Buda qalasına baxan mənzərə açılır və 1990-cı illərdə orijinal otaq dağıldıqdan sonra tamamilə yenidən qurulmuşdur.

Sarayın şimal-şərq küncündəki Cəngavərlər Zalı əvvəllər tövlə kimi istifadə olunurdu. Atlar üçün qırmızı daş axurlar hələ də sağ qalır. Otaq sonradan mətbuat konfransı üçün istifadə edildi və bu gün də bəzən bu məqsəd üçün istifadə olunur.[2]

Saray yay aylarında istirahət günlərində bəzən ictimaiyyət üçün açıqdır və bəzən Macarıstanın siyasi sistemi haqqında sərgilərə ev sahibliyi edir.[3]

  1. 1 2 3 4 "The History of the Sándor Palace". keh.hu. 29 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2013.
  2. 1 2 3 4 5 "A short history of the Sándor Palace". www.solyomlaszlo.hu. 30 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 March 2013.
  3. "Sándor Palace". welovebudapest.com. 6 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 March 2013.