Mikloş İbl (mac. Ybl Miklós, 6 aprel 1814[1][2][…], Sekeşfexervar, Macarıstan krallığı[3][4] – 22 yanvar 1891[1][2][…], Budapeşt[3][4]) — XIX əsrdə yaşamış macar memar, Avropa memarlığında eklektikanın görkəmli nümayəndəsi. Onun məşhur işlərindən biri Budapeştdə yerləşən Macarıstan Dövlət Opera teatrıdır.
Mikloş İbl | |
---|---|
mac. Ybl Miklós | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 aprel 1814[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 22 yanvar 1891[1][2][…] (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
Əsas tikililəri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mikloş İbl 6 aprel 1814-cü ildə Sekeşfexervar şəhərində anadan olmuşdur. Vyana Texniki Universitetində ali təhsil almış və təhsilini bitirdikdən sonra Mixai Pollakın köməkçisi vəzifəsində çalışmışdır. 1836-1840-cı illər ərzində isə Henrik Koçun ofiisndə işləyən Mikloş İbl təhsilini davam etdirmək üçün əvvəl Münhenə daha sonra isə İtaliyaya köçərək bir müddət burada yaşamışdır. Macarıstana qayıtdıqdan sonra Mixai Pollakın oğlu Aqoşton ilə birlikdə Qraf Layoş Battyaninin qəsrinin bərpası ilə məşğul olmuşdur. Onun ilk əsas işi 1845-1855-ci illərdə inşa edilən Fot kilsəsi sayılır. Yaradıcılığının əvvəllərində daha çox romantik üslubda binalar inşa etsə də, İtaliyaya ikinci səfərindən sonra Renesans dövrü mədəniyyətindən təsirlənmiş və neo-renesans bina layihələri hazırlaşmışdır. Onun inşa etdiyi binaların bir çoxu günümüzdə də Budapeşt şəhərini ən önəmli mənzərələrindən birinə çevrilmişdir. Buna misal olaraq: Müqəddəs Stefan Bazilikasını, Rak termal hamamını, qədim gömrük binasını və kral sarayının Kristinavaroş qanadını göstərmək olar. Bundan başqa Mikloş İbl saysız kilsə, yaşayış binaları və qəsr layihələri hazırlamış, inşa etmişdir.