Şekvetili

Şekvetili (gürc. შეკვეთილი ) — Gürcüstanın Quriya inzibati vahidindəki Ozurgeti bələdiyyəsində, Şərqi Qara dəniz sahilində, Natanebi çayının mənsəbində yerləşən kənd və dəniz kurortu. Şekvetili məşhur Tsitsinatela əyləncə parkına, geniş qapalı məkan Qara dəniz arenasına və Gürcü memarlığının əlamətdar nümunələrinin kiçildilmiş modellərindən ibarət açıq hava sərgisi olan Miniatür parka ev sahibliyi edir.[1]

Şekvetili
შეკვეთილი
41°55′40″ şm. e. 41°46′05″ ş. u.HGYO
Ölkə
Bölgə Quriya
Bələdiyyə Ozurgeti bələdiyyəsi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 175 nəf. (2014)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Şekvetili xəritədə
Şekvetili
Şekvetili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şekvetili dəniz səviyyəsindən 2 m yüksəklikdə yerləşən, iynəyarpaqlı meşələrin üstünlük təşkil etdiyi 5 kilometrlik sahil zolağıdır. Bura Quriyanın əsas şəhəri Ozurgetidən 21 km şərqdə, UrekiKobuleti dəniz kurortları arasında yerləşir. Kurortdan S2 magistral yolu ilə keçilir və ərazidə Natanebi dəmir yolu stansiyası da xidmət göstərir.[2]

Şekvetili 18-ci əsrdə Gürcüstanın cənub-qərbindəki Quriya knyazlığı daxilində əhəmiyyətli bir ticarət bölgəsi olaraq xidmət edirdi. Ərazi 1723-cü ildə Osmanlı qarnizonu tərəfindən işğal edilmiş və 1812-ci ildə imzalanan Buxarest müqaviləsinə əsasən Rusiya hakimiyyəti altına keçmişdir. Türklər buranı Şefketil, ruslar isə Müqəddəs Nikolay Qalası adı verməyə başlamışdırlar. Çağdaş bir hesabata görə, "Müqəddəs Nikolay üçün gətirilmiş ehtiyat əraziyə bitişik bir torpaq dilinə endirilmiş və kişilərin çiyinlərində oraya nəql edilmişdi."[3]

Limani döyüşü (1829)

[redaktə | mənbəni redaktə et]

Sərhəd qalası olan Şekvetili Rusiya-Osmanlı müharibələri zamanı Rusiya və Osmanlı qüvvələri arasında baş verən hərbi qarşıdurmalara səhnə olmuşdur. 1828–29-cu illərdəki qarşıdurma zamanı Müqəddəs Nikolay qalası Rusiyanın "Türk Quriyası"na (Acarıstan) əməliyyatları üçün əsas bazalardan biri idi. 5 mart 1829-cu ildə general-mayor Karl Hessenin başçılıq etdiyi 1200 rus nizami əsgəri və 1500-ə yaxın Quriya milisionerindən ibarət qüvvə Şekvetilinin yaxınlığında yerləşən Limanidəki möhkəmləndirilmiş Osmanlı düşərgəsinə hücum edərək onları məğlub etdi.[4]

Şekvetili döyüşü (1853)

[redaktə | mənbəni redaktə et]
Şekvetili döyüşü (1853).

Krım müharibəsi zamanı, 1853-cü ilin oktyabrın 15-dən 16-sına keçən gecə, Çürüksünün yerli sakinləri olan Həsən və Əli bəylər və Dədə Ağanın başçılıq etdiyi üç-beş batalyondan ibarət olan üstün Osmanlı ordusu Kapitan Şerbakovun rəhbərliyi altında iki rus piyada bölməsi və yerli gürcü milisionerləri tərəfindən tutulan Şekvetiliyə hücm etdi və bir neçə saat davam edən döyüşdən sonra postu ələ keçirdi. Döyüşdə Rusiya tərəfindən Kapitan Şerbbakov və gürcü milisionerləri komandiri Knyaz Georgi Qurieli də daxil olmaqla 1000-ə yaxın insan həlak olmuş və 80 nəfər əsir düşmüş, osmanlı ordusundan isə 32 nəfər həlak olmuş və 59 nəfər yaralanmışdı. Şekvetili döyüşü Krım müharibəsinin Qafqaz cəbhəsini açmışdı.[5][6]

  1. "Cartu Foundation gifts new miniature park to state". Agenda.ge. 13 August 2016. 12 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2017.
  2. შეკვეთილი [Shekvetili] // ქართული საბჭოთა ენცილოპედია, ტ. 10 [Georgian Soviet Encyclopedia, Vol. 10] (Georgian). Tbilisi. 1986. səh. 706.
  3. "Account of Ghuria". Asiatic Journal. London: Parbury, Allen, and Co. VIII: 150. 1832.
  4. Potto, Vasily. Кавказская война. Том 4-й. Турецкая война 1828–1829 г. [Caucasian War, Vol. 4: the Turkish War 1828–1829] (Russian). St. Petersburg: E. Evdokimov Typography. 1889. 327–332. 2018-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  5. Badem, Candan. The Ottoman Crimean War (1853–1856). Brill. 2010. 154–155. ISBN 90-04-18205-5.
  6. Zayonçkovskiy, Andrey M. Восточная война 1853–1856, Т. 2 [The Eastern War 1853–1856]. Poligon. 2002 [1913]. səh. 237. ISBN 5891731576.