Gürcüstan dəmir yolları (gürc. საქართველოს რკინიგზა - Sakartvelos rkiniqa) — dəmir yollarında nəqliyyat və isyismar işlərini həyata keçirən şirkət.
Gürcüstan dəmir yolları | |
---|---|
საქართველოს რკინიგზა | |
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | dəmiryol nəqliyyatı |
Məhsulu | dəmiryol[d] |
Təsis tarixi | 1992 |
Baş qərargahın yeri | |
railway.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Güscüstan dəmir yoları Gürcüstan ərazisundə yerləşən dəmir yol xəttlərini özündə birləşdirir. Dəmir yollarının ümumi uzunluğu 1612 km təşkil edir. Burada ümmumilikdə istifadədə 1422 dəmir tolu körpüsü, 32 dəmir yol tuneli, 22 sərnişin vağzalı, 114 yük terminalı fəaliyyət göstərir[1]. Sadaxlı stansiyası Ermənistanla sərhəd sransiyası fəaliyyət göstərir.
Dəmir yollarının demək olar ki, böyük qusmi elektrikləşdirilmişdir. Bircə Ninisminda-Axalkələk istiqamətində olan xətt elektrikləşdirilməmişdir. Bu xətt SSRİ-nin dağılması ilə əlaqədar istifadəyə verilə bilinməmişdir. Samtredia — Tiflis — Qardabani istiqamətində dəmir yolu iki xəttlidir. Digər ərazilərdə isə bir xəttlidir. Samtrdia-Batumi istiqamətində ikinci xətt inşa edilir. Bu idə yük daşımanın artması ilə əlaqədardır. Əsas xəttlər: Natabeni — Ozurqeti, Marnueli — Bolnisi — Kazreti, Qyrcani — Snori, Post km — Dedoplisskaro, Qori — Nikozi, Kutaisi — Tkibuli, Kutaisi — Sxaltubo, Zesrafoni — Çiaturo — Saçxere, Xaşuri — Surami.
Gürcüstanda ilk dəmir yolu 1872 ildə Poti ilə Tiflis şəhərlərini birləşdirilməsi ilə inşa edilmişdir. Bu mərkəzi xəttdən başlayaraq digər dəmiryolu xətləri də inşa edilməyə başlamışdır. Rionidən Kutaisiyə kimi (1877), Rioni-Tkibuli (1887), Zestafonidən Çiaturaya kimi (1895) xətlər çəkildi. Bakı-Tbilisi dəmiryolu 1883-cü ildə işə düşməklə Azərbaycan neftinin Batumi limanı vasitəsilə daşınmasına şərait yaratmışdır.[3] 1991-ci ilə qədər dəmir yolları Önqafqaz dəmir yollarının balansında idi. Gürcüstan hissəsi Samtred və Tiflis hissələrinə bölünür.
SSRİ dağıldıqdan sonra Önqafqaz dəmir yolları üç ölkə arasında bölünür. Gürcüstan Abxaziya müharibəsinin başlamasına bir necə gün öncə İnquri çayı üzərində olan dəmir yol körpüsü partladılır. Bundan sonra de-fakto dəmir yoluna nəzarət Abxaziyanın əlinə keçir. Bununla da Rusiya ilə olan dəmir yol nəqliyyatı kəsilir. Azərbaycan və Ermənistanla olan dəmiryolu isə günemüzdədə fəaliyyət göstərir.
Gürcüstana məxsys olan vaqon və elektrovizların böyük hissəsi SSRİ dönəmində istifadəyə verilənlərdir. Gürcüstanın ərazisində dəmir yolunun elektrikləşdirilmiş Zestafon-Xaşuri, Xaşuri-Surami 1932 ilə təsadüf edir. Əsas depoları: Tiflis sərnişin lokomativ deposu, Tiflis çeşidləmə lokomativ deposu, Xaşuri lokomotiv deposu, Samtredia lokomativ deposu, Qurcaani lokomativ deposu, Kutaisi lokomativ deposu, Batumi lokomativ deposu, Borjomi deposu.
2014-ci ilin məlumatına görə Gürcüstanın aşağıdakı arsenalı vardır: