Şelkovnikov çöl siçanı

Şelkovnikov kolluq çöl siçanı (lat. Microtus schelkovnikovi) — Rodentia dəstəsindan bir Məməli növü.

Şelkovnikov kolluq çöl siçanı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Klad:
Sinifüstü:
Klad:
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Dəstəüstü:
Klad:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
???:
Şelkovnikov kolluq çöl siçanı
Beynəlxalq elmi adı

Bədəninin uzunluğu 107 mm, quyruğunun uzunluğu 18–24 mm-ə qədər, çəkisi 7–10 qramdır. Üst tərəfinin rəngi tünd boz, qonurumtul çalarlıdır. Quyruğu aşkar ikirənglidir. Dişilərdə 4 cüt əmzik var.

Şelkovnikov çöl siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. Onun İranda Elburs dağının şimal yamaclarında yaşaması ehtimal edilir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

150–1000 m hündürlükdə meşələrdə tökülmüş yarpaqların və lianların arasinda yaşayır. Əldə edilmiş dişilərdə 3–6 rüşeym aşkar edilmişdir. Payız aylarında sayının artması müşahidə edilir. Yay mövsümündə isə sayı az miqdarda olur və tələyə düşmə ehtimalı azalır.

Sayı və azalma səbəbi

[redaktə | mənbəni redaktə et]

Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil. Amma yaşayış yerləri Hirkan Milli Parkı hüdudlarında mühafizə altındadır.

Qorunması üçün nəzərdə tutlmuş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Növün qorunması, onun biotoplarının qorunması ilə əlaqədardır. Heyvanların məskunlaşdığı yerlərdə meşələrin qırılmasının qarşısının alınması və orada əsas genofondunun qorunub-saxlanımasına əlverişli şərait yaratmaq vacibdir.

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 200səh, Şelkovnikov kol siçanı. (2013)
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0