Şeyx Əhməd Əhsai (ərəb. أحمد بن زين الدين الأحسائي; may 1753[1][2] – 27 iyun 1826[1][2], Mədinə, Həbəşistan əyaləti) —Şeyxiyyə təriqətinin şeyxi.
Şeyx Əhməd Əhsai | |
---|---|
ərəb. أحمد بن زين الدين الأحسائي | |
Doğum tarixi | may 1753[1][2] |
Vəfat tarixi | 27 iyun 1826[1][2] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | üləma |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyx Əhməd 1753-cü ildə (hicrətin 1166-cı ilində) Fars körfəzinin qərbində, yəni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən "İhsa" və ya "Lihsa" şəhərində dünyaya gəlmişdir. O, 1773-cü (h. q.1186-cı) ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan Ağa Bağir Behbəhani, Seyyid Mehdi Bəhrul-ulum, Şeyx Cəfər Kaşiful-Ğita və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən Fətəli şah Qacar tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli şahın oğlu Məhəmmədəli mirzə Dövlətşahinin dəvəti ilə Kermana gələrək üç il orada qalır. 1826-cı (h.q.1241-ci) ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur.
Şeyx Əhməd Əhsainin təlimlərindəki əsas mövzular 12-ci İmam Mehdinin zühuru, İslam Elminin batiniliyi əsas yer tutmuşdur. Şeyxin fikrincə İmam Mehdi haqqında deyilən əlamətlər hərfi yox, rəmzi xarakterlidir. O Həzrətin böyüklüyü, qüdrəti, zənginliyi ruhani xarakterlidir, dünyəvi yox. Yəni "İmam hökmdar kimi gələcək" deyərkən bu dünyəvi hakimiyyət deyil, ruhani hakimiyyətdir. Baxmayaraq ki, hətta İmam zühur edərkən döyülə, söyülə, təhqir, sürgün, həbs oluna bilər, lakin onun möminlərin qəlbindəki hakimiyyəti son dərəcə ucadır.