Şeyxzadə Babiç (14 yanvar 1895, Asyanovo[d], Ufa quberniyası – 28 mart 1919[1], Zilair[d]) — Başqırd ordusunda hərbi müxbir.
Şeyxzadə Babiç | |
---|---|
başq. Шәйехзада Мөхәммәтзәкир улы Бабич | |
Doğum tarixi | 14 yanvar 1895 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 mart 1919[1] (24 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair |
Vikianbarda əlaqəli mediafayllar |
1918–1919-cu illərdə Başqırd ordusunda hərbi müxbir işləyən Şeyxzadə Babiç Başqırdıstanın muxtariyyətı uğrunda mübarizə aparır. Lakin bu mübarizə uğurla nəticələnmir. Bolşeviklər ağqvardiyaçılar üzərində qələbə çaldıqdan sonra müttəfiqləri olan başqırd millətçilərinə qarşı da münasibətlərini dəyişirlər. İlk günlər nisbətən mülayim davranaraq Başqırdıstanda Sovetlərin qurulduğunu elan edirlər. Hətta keçmiş kadrların bir çoxunu da yeni hökumətdə işə götürürlər. 1919-cu il fevralın 25-də bolşeviklər Babiç Şeyxzadəyə də Başqırdstan İnqilab Komitəsi nəzdindəki sovet mətbuatı şöbəsində iş verirlər. Az sonra isə ənənələrinə sadiq qalaraq müttəfiqlərinə yenə də xəyanət edirlər. Ağqvardiyaçılara qarşı birgə mübarizə apardıqları Başqırd ordusunu dağıdır, ordunun millətsevər zabit və əsgərlərini cəzalandırmağa başlayırlar.