Şimali Koreya milli futbol komandası — Koreya Xalq Demokratik Respublikasının futbol üzrə milli yığma komandası
Şimali Koreya milli futbol komandası | |||
---|---|---|---|
FİFA Reytinqi | 111 ▼ 2 (12 avqust 2021)[1] | ||
FİFA kodu | PRK | ||
Uniforma | |||
|
1960-cı illərdə parlayan, DÇ-1966-dan sonra isə qəflətən yoxa çıxan və yalnız 1969-cu ilin dekabrında Əlcəzairlə yoldaşlıq matçı keçirən koreyalılar 1968-ci ildə Olimpiya Oyunları, 1968-ci ildə Asiya Kuboku, 1970-ci ildə isə dünya çempionatını qulaqardına vurmuşdular. Şimali Koreya millisinin belə qapalı qalmağı təbii ki, özünəməxsus rejimə malik ölkəyə xas məziyyətlərdən biri olduğundan sırf idman məqamları ilə izah edilməməlidir.
Ölkə yığmasının dünya çempionatındakı uğuru Kim Çen İrə siyasi karyeraya parlaq başlamağa imkan verdi. Gənc yaşlarına baxmayaraq, Şimali Koreyadakı "çuçxe" rejiminin banisinin oğlu ölkənin hakimiyyət elitasının ən yuxarı pillələrinə çıxdı və 30 yaşı tamam olmamış hakim partiya sədrinin müavini oldu. Təbii ki, belə sürətli yüksəlişdə futbol onun üçün ikinci plana keçdi, müəyyən mənada öz axarı ilə yaşamağa başladı.
Dünya çempionatlarının seçmə mərhələlərində qələbələr təki stabil nəticələr üçünsə "Çxollima" hələ yetişməmişdi. Asiya futbolunun səviyyəsinin çox aşağı olmasına baxmayaraq, yığma zəifdi.
Təbii, inkişaf resepti vardı. Bunun üçün ölkə çempionatı inkişaf etdirilməli, beynəlxalq matçlar oynanmalı, futbolçular yetişdirilməliydi. Bəla onda idi ki, belə inkişaf mütləq şəkildə məğlubiyyətlərlə müşayiət ediləcəkdi. Şimali Koreya rəhbərliyi isə bunu əsla istəmirdi. Gerçəkdən də, Cənubi Afrikada keçirilmiş dünya çempionatında Portuqaliya yığmasına biabırçı hesabla uduzmaq ağrılıdı, amma dünyanın sonu deyil. Lakin mundialın seçmə mərhəələsində Kampuçiya və ya Laos yığmasına, ya da Cənubi Koreya və yaxud İsrail millisinə uduzmaq rəsmi Pxenyan üçün həddən ziyadə pis nəticə olardı.
Məhz bu səbəbdən Şimali Koreya yığması şöhrətinin ən yüksək pilləsində kölgəyə çəkilərək öz mətində bişməyə başladı. Siyasi şərait də buna sövş edirdi.
O vaxt Şimali və Cənubi Koreya arasında münasibətlər həddən ziyadə pisləşdi, Pxenyandakı təcrid tədbirləri gücləndi. Məzkur vəziyyətdə futbolçuların qaçış riski və ya acı məğlubiyyətlərin ola biləcəyi beynəlxalq matçlar Pxenyan rejimi üçün əlverişsiz variantlardı.
Çox sonralar Şimali Koreya beynəlxalq matçlara qayıdanda bəlli oldu ki, "öz qüvvəsinə arxalanmaq" prinsipinə əsaslanan çuçxe siyasəti böyük futbolda tam tərsinə, pis nəticələr verir. "Çxollima" 1972-ci il Olimpiadası və DÇ-1974-cü ilin seçmə mərhələlərini keçə bilmədi. Bunun müqabilində 1974-cü ildə Asiya Oyunlarına düşən komanda normal futbol nümayiş etdirmədi.
Ölkə rəhbərliyi futbolda məğlubiyyətlərə daha normal yanaşmağa başladı, ya da başları futbola qatışmamışdı — bilinmir. Lakin məğlubiyyətlərdən sonra Şimali Koreya yığması yoxa çıxmadı.
Əksinə, komanda 1978-ci ilin Asiya Oyunlarında qızıl medalı Cənubi Koreya millisi ilə bölüşdürdü, sonra da 1980-ci ildəki Asiya Kubokunda 4-cü yeri tutdu. Di gəl ki, 1982-ci ildəki Asiya oyunlarında Şimali Koreya yığması yarımfinalda Küveyt millisinə uduzulan matçdan sonra hakimə hücuma görə iki illik diskvalifikasiyaya məruz qaldı.
20 il əvvəl koreyalı futbolçular üçün bu cəza çox pis nəticələr verərdi. Amma bu dəfə Şimali Koreya heç nə olmamış kimi iki il turnirlərdən kənar qalsa da, sonradan yenidən beynəlxalq turnirlərdə çıxışlarını davam etdirdi.
2000-ci illərin əvvəllərində Şimali Koreya millisi üçüncü dəfə beynəlxalq matçlara qayıtdı. Həmin qayıdış 30 il əvvəlki hadisələri xatırladırdı. 2000-ci il Asiya Kubokuna dərhal qatılmaq cəhdinin uğursuzluğu, DÇ-2002-nin seçmə mərhələsinə qatılmaqdan imtina və sonra Tayland Kral Kubokunda "pişiklər üzərində məşq" və bu turnirdə üçüncü qələbə.
Sonra 2004-cü il Asiya Kubokunda pxenyanlı azarkeşlərin hakimə əllərinə gələni atdıqları İrana qarşı matçın yarımçıq saxlanması və buna görə də bir illik diskvalifikasiya. Hər şey eynən əvvəlki vaxtlardakı kimiydi.
"Çxollima"nın uğur zirvəsi isə Cənubi Afrikada keçirilmiş dünya çempionatına qatılmaq oldu.
Seçmə mərhələsində komanda İran və Səudiyyə Ərəbistanı yığmalarını məğlub edərək qrupla Cənubi Koreya millisindən sonra ikinci yeri tutdu. Mundialda üç məğlubiyyətə baxmayaraq, Şimali Koreya üçün turnirə qatılmaq böyük irəliləyişdi.
Uzun illərdən bəri zəif komandalarla qarşılaşıb ciddi mübarizə təcrübəsindən məhrum komanda bərkə-boşa düşməklə yanaşı, Şimali Koreya vətəndaşları birbaşa olmasa da, dünya yığmalarının matçlarına baxmaq imkanı əldə etdilər.