Şimali Suriya Bufer Zonası

Şimali Suriya Bufer Zonası, həmçinin Təhlükəsiz Zona, Sülh Dəhlizi və ya Təhlükəsizlik Mexanizmi — 2019-cu ilin avqustunda Suriyada vətəndaş müharibəsi çərçivəsində Türkiyə–Suriya sərhədinin Suriya tərəfində Türkiyənin sərhədi keçmək və Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının işğal etməsindən çəkindirmək məqsədilə yaradılmış müvəqqəti demilitarizasiya zonası (DMZ).[1] DMZ kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) və onların hərbi şuraları tərəfindən idarə olunurdu. Bu, ABŞ Silahlı QüvvələriTürkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti tərəfindən icra edilirdi.

Şimali Suriya Bufer Zonası

Bufer zona 2019-cu il oktyabrın əvvəlində, tam yerinə yetirilməmiş halda olarkən Türkiyə tərəfindən ləğv edilmişdir. Çox keçməmiş, ABŞ Prezidenti Donald Trampın ABŞ qüvvələrinin Suriyanın şimalından çıxarılmasına dair əmr vermişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgəyə qurudan hücumu planlaşdırılmış və 9 oktyabrda Türkiyənin növbəti hücumu bufer zonanı tamamilə gündəmdən salmışdır[2]

Uğursuz ABŞ–Türkiyə razılaşması 22 oktyabr 2019-cu ildə Rusiya, Türkiyə və Suriya hökuməti arasında müzakirə edilən ayrıca İkinci Şimali Suriya Bufer Zonası ilə əvəz olunmuşdur.

  1. Kurdistan24. "US and Turkey reach accord, but concerns of Syrian Kurds continue". Kurdistan24 (ingilis). 25 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2019.
  2. Pitarakis, Lefteris; Mroue, Bassem. "Turkey launches assault on Kurdish fighters in Syria, after US forces step aside". www.timesofisrael.com (ingilis). 9 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]