Şina — Hindistanın Cammu və Kaşmir ştatında, eləcədə Pakistan ərazisində yaşayan xalq. Hindistanın şinalılar yaşayan ərazinin böyük hissəsi Pakistan tərəfindən nəzarətdə saxlanılır. Əhalinin ümumi sayı 120 min nəfərdir(1998). Şina dili hind-avropa dillərinin hind-iran dilləri qolunun dardı dili qrupuna daxildir[1].
Özünüadlandırma | ||||||
---|---|---|---|---|---|---|
Ṣiṇyaá | ||||||
Ümumi sayı | ||||||
120 min nəf. 1998-ci il | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
Dini | ||||||
islam (sünnilər, ismaililər, şiələr), buddizm, animizm, hinduizm | ||||||
Qohum xalqlar | ||||||
digər Hind-ari xalqları |
İslamın gəlişinə qədər şınalılar arasında asılı kəndli münasibətləri üstünlük təşkil edirdi. Knyazlıqlar arasında baş verən vətəndaş müharibələri nəticəsində qul bazarlarında sərbəst qul çıxarmaq təcrübəsi genişləndi.
Əkinçilik — şinalıların ənənəvi təsərrüfat sahəsidir ( taxılçılıq, bağçılıq); Qilqit vadisində isə üzümçülük geniş yayılıb. Məhsuldar toprpaqların az olması nəticəsində əhali sıx məskunlaşıb. Qurudulmuş meyvə və tərəvəz məhsulları çoxluq təşkil edir.
Yüksək dağlıq ərazilərdə heyvandarlıq, ovçuluq, qızıl axtarışı üstünlük təşkil edir. Şinalıların digər məşğuliyyətlərindən biri - karvanlara xidmətdir. Məhz Qilqit vadisi əsas ticarət yollarının kəsişməsində yerləşir.
Bölgədə kənd icması münasibətləri hələdə qalmaqdadır. Əsas dini inancları: islam (sünnilər, ismaililər, şiələr), buddizm, animizm, hinduizm