Şiqeki Tanaka

Şiqeki Tanaka (田中 茂樹, Tanaka Shigeki?, d. 7 aprel 19314 oktyabr 2022[1], Utsunomiya, Toçiqi prefekturası, Yaponiya[2]) – keçmiş Yaponiya marafonçusu, 1951-ci ildə keçirilən Boston marafonunun qalibi.

Şiqeki Tanaka
yap. 田中茂樹
Doğum tarixi 7 aprel 1931(1931-04-07)
Vəfat tarixi 4 oktyabr 2022(2022-10-04)[1] (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı[3]
Təhsili
  • Nihon Universiteti[d]
Fəaliyyəti yüngül atlet, marafonçu[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1945-ci ildə Hiroşimaya atom bombası atılan zaman Tanaka 13 yaşında idi və Hiroşimadan 20 mil uzaqlıqda yaşayırdı. Boston marafonundakı qələbəsindən sonra o, həmin anları belə xatırlamışdır: "Parlaq işıq gördük və bir az səs eşitdi, lakin heç kim həmin anda bunun nə olduğunu anlamamışdı… 3 gün sonra dəhşətli xəbərləri aldıq".[4]

Tanaka liseydə oxuyarkən Şobaradan Sayco stadionuna qədər 20 kilometrlik məsafəni qaçaraq marafon karyerasına başlamışdır.[5] Boston marafonunda iştirak edərkən Nihon Universitetində birinci kurs tələbəsi idi.[6]

Boston marafonu

[redaktə | mənbəni redaktə et]

Yaponiya atletlərinin 1948-ci ildəki Yay Olimpiya Oyunlarındaİkinci dünya müharibəsindən sonrakı bütün beynəlxalq idman yarışlarında iştirakı qadağan idi. 1951-ci ildəki Boston marafonu İkinci dünya müharibəsindən bəri yapon atletlərin dəvət edildiyi ilk beynəlxalq idman yarışı idi.[7][8] Tanaka Boston Atletika Assosiasiyasından Uill Kloni tərəfindən dəvət edilən 4 yapon atletdən biri idi. Digərləri Yaponiyanın milli çempionu Şunci Koyunaqi, Yoşitaka Uçikava və Hiromu Hayqo idilər.[9] Bu zaman Tanakanın 20 yaşı var idi və 118 fund çəkiyə malik idi.[10] Onlar Bostona çatmaq üçün HavaySan-FransiskoNyu-York marşrutundan istifadə etmişdilər. Hər bir dayanacaqda onlar kinoteatra gedirdilər və insanlar onlar üçün səhnəyə kağıza bükülmüş pul atırdılar. Tanaka bunu belə xatırlayır: "Pulu belə götürmək qəribə hiss idi, sanki dilənçi idi… Yaponiya gedəndə özümüzlə şəkər aparmışdı… Vəziyyət o qədər pis idi".[8]

Dörd idmançı üçün də qarşılama mərasimi təşkil edildi. Tanaka Hiroşimadan olduğu üçün "The Boston Globe" ona "atom-oğlan" ləqəbini vermişdi.[8] Tanaka xatırlayır ki, ABŞ əhalisi onları isti qarşılamışdı və yarış zamanı amerikalılar da ona dəstək verirdilər.

Tanaka Boston marafonunda qalib gələn ilk yapon olmuşdur.[6] Yarışı 2:27:45 müddətində udmuşdur, həmin an üçün bu, marafon tarixinin ən yaxşı 3-cü nəticəsi idi. O, Hartbrik təpəsində liderliyə yüksəlmiş və 4 mil boyunca qərarlılıqla irəliləmişdir.[8] Onun 1947-ci ildəki Su Yun-bokun rekordunu yeniləcəyi gözlənilsə də, özünü çox yormamağa qərar vermişdir. Marafondan sonra demişdir: "Planım rekord qırmaq deyildi, qalib gəlmək üçün qaçdım".[11]

Tanaka yarışı Onitsuka tərəfindən hazırlanmış tabiyəbənzər qaçış ayaqqabıları ilə udmuşdur.[12] O düşünmüdü ki, bu ayaqqabılarla daha yaxşı qaça bilər.[13]

Digər yapon idmançılar da yaxşı nəticələr göstərdilər: Koyunaqi 5-ci, Uçikava 8-ci, Hayqo 9-cu olmuşdur.

Tanakanın qələbəsi Yaponiyada marafona və Boston marafonuna böyük həvəsin yaranmasına səbəb olmuşdur. Tanakanın qələbəsi Yaponiyanın yaralarını sağaltmağa çalışdığı dövrdə baş vermişdir.[8] Qələbə Yaponiya ilə Boston arasında güclü atletik münasibətlərin əsasını qoymuşdur.[9] Marafonda digər yapon idmançıların da qələbələri qeydə alınmışdır.[6]

Karyerasından sonra

[redaktə | mənbəni redaktə et]

Karyerasını bitirəndən sonra Tanaka Tokio bölgə departmentində satıcı kimi işləməyə başlamışdır[8] və bir müddət Yaponiya Həvəskar Atletika Federasiyasının direktoru olmuşdur.[14]

Medal oğurluğu

[redaktə | mənbəni redaktə et]

5 may 1998-ci ildə Tanakanın Utsunomiyadakı evinə oğru girmiş və Boston marafonu medalı oğurlanmışdır.[14] 10 iyul 1998-ci ildə Boston Atletika Assosiasiyası Tanakaya marafonda qalib gələn yapon olduğuna görə əvəzedici medal vermişdir. Assosiasiyanın prezidenti Frenk Porter Tanakanın qələbəsinin marafonda Yaponiyanın gücünün başlanğıcı olduğunu bildirmişdir.[6]

22 iyul 1998-ci ildə polislər oğurlanmış medalı tapmışdılar.[15] 19 yaşlı Braziliya yaponu medalı oğurlamaq şübhəsi ilə saxlanılmışdır.[16] Sorğulamalar zamanı şübhəli qətl hadisəsinə görə də təqsirli bilinmişdir.[17]

İki medal da Tokioda Milli Stadionda sərgilənmişdir. Tanaka oğurlanmış medalın əvəzinə verdiyi medala görə Boston Atletika Assosiasiyasına Sayco şəhəri adından "dostluq mükafatı" təqdim etmişdir.[5]

  1. 1 2 https://www.yomiuri.co.jp/sports/etc/20221005-OYT1T50215/.
  2. 1 2 https://www.asahi.com/ajw/articles/14737382.
  3. https://www.asahi.com/articles/DA3S15438463.html.
  4. "Boston Marathon 100". The Boston Globe. 29 February 1996.
  5. 1 2 "Japan town to give trophy to Boston Marathon sponsor". Japan Economic Newswire. Kyodo News. 16 April 1999.
  6. 1 2 3 4 "Boston athletic body gives new medal to theft victim". Japan Economic Newswire. Kyodo News. 10 July 1998.
  7. Concannon, Joe. "Taking the plunge Japanese making their first attempt at the Head of the Charles". The Boston Globe. 21 October 1994.
  8. 1 2 3 4 5 6 Radin, Charles A. "Japan got on its feet Given chance after WW II, runners flourished". The Boston Globe. 11 April 1996.
  9. 1 2 Concannon, Joe, "Japan Connection Secure", The Boston Globe, 15 April 1990
  10. "One of the boys". The Washington Post. 20 April 1951. səh. B7.
  11. "Japanese A-Bomb Survivor Wins Boston A.A. Marathon". The Washington Post. 20 April 1951. səh. B7.
  12. Usborne, Simon. "To boldly toe: ToPo Athletic split foot trainers are more science than gimmick". The Independent. 21 January 2013. 4 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2014.
  13. Springer, Shira. "Sole pursuit is more than just gaining a foothold". The Boston Globe. 16 April 2010.
  14. 1 2 "Japan's 1951 Boston Marathon champion robbed of gold medal". Agence France-Presse. 7 May 1998.
  15. "Stolen Boston Marathon medal found". Associated Press Newswires. 22 July 1998.
  16. "Report: Police arrest man in theft of Boston Marathon medal". Associated Press Newswires. 30 July 1998.
  17. "Man arrested in murder of Tochigi man". Japan Economic Newswire. Kyodo News. 21 January 1999.