Şirinov qardaşları (Ümid Adil oğlu Şirinov, Sabir Adil oğlu Şirinov) — “İgidliyə görə” medalı ilə təltif olunan qardaşlar.[1]
Ümid Şirinov 1978-ci ilin dekabrın 21-də Zərdab rayonunun Bəyimli qəsəbəsində, Sabir Şirinov isə 1984-cü ilin aprelin 11-də eyni rayon və kənddə anadan olmuşdular.
Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət şöbəsinin üzvləridir.[2]
Şirinov qardaşlarının özləri də ailəlidir və hərəsinin iki uşağı var.
Azərbaycan Respublikasının prezidenti ilə görüşdə hadisəni müzakirə etdilər: [3]
Biz işdən qayıdırdıq, yolda yük maşınının qoşqusu aşmışdı, amma elə bildik ki, yolu tutmayıb. Yaxınlaşanda gördük ki, artıq gecdir, yol təmiz tutulmuşdu. Biz birtəhər keçdik, az qala özümüz də qəzaya düşmüşdük. Biz yanan “KİA” maşınını görməmişdik. Biz avtomobilimizi saxlayıb buraya yığılmış adamlara iradımızı bildirdik ki, niyə xəbərdaredici nişan qoymamısınız. Heç yarım dəqiqə keçməmişdi ki, mən uşaq səsi eşitdim. Yolun kənarı çox çökəklik idi, görünmürdü. Uşaq səsi eşidəndə baxıb gördüm ki, bir maşın yanır, səs də oradan gəlir. Artıq salon təmiz yanmışdı. Dedim bəs niyə dayanmısınız? Dedilər ki, qapıları aça bilmədik, maşına baxdıq, qazla işləyir, qaz balonu var, partlaya bilər, cəhd edə bilmədik, məsləhət görmürük. Biz də qapını aça bilmədik, sonradan sürücü özü bizə dedi ki, uşağa görə qapıların mərkəzi qıfılını bağlayıbmış. Biz maşının qapılarını heç cür aça bilmədik. Gördük maşın təmiz yanır. Uşağın atası və anası yıxılı vəziyyətdə idi. Üç yaşlı uşaq qışqırırdı. Biz avtomobilin yük yerinin qapısını qırdıq, uşağı və anasını çıxardıq. Biz tələsir, ehtiyat edirdik ki, qaz balonu partlaya bilər. Mən uşağı çıxaranda kömək istədim. Yolda 25-30 nəfər dayanmışdı. Kömək istədim, heç kim yaxın durmadı. Mən qardaşıma dedim ki, bizim də övladımız var, indicə balon partlayacaq. Alovun ona çatmasına bir qarış qalıb. Sürücü komada idi, tərpənmirdi, oturacaqların arasında sıxılmış vəziyyətdə qalmışdı. Biz oturacaqları qırdıq. Sağ olsun qardaşım, dedi ki, gəl risk edək, onu da çıxaraq. Qadın yalvarırdı ki, ərini də çıxaraq. Uşaq da deyirdi ki, xahiş edirəm atamı da xilas edin. Artıq biz özümüz haqqında düşünmürdük, həyatımızı riskə qoyub kişini də çıxardıq. Bundan dəqiqə yarım sonra qaz balonu partladı. |
1 fevral 2019-cu ildə Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər. [4]
Prezident həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif etdi.
Həyatlarını təhlükəyə ataraq yanan avtomobildən üç nəfərlik ailəni xilas edən Sabir və Ümid Şirinov qardaşlarına Nikolayev vilayət radasının sədri Viktoriya Moskalenko tərəfindən "Müqəddəs Nikolay xaçı" nişanı təqdim edilib.[5] Moskalenko deyib:
Nikolayev vilayətində artıq nə qəhrəmanlıq etdiklərini bilirlər. Nikolayev vilayətində yaşadığlarından qürur duyuram, onlar bizim cəmiyyətimizin bir hissəsidir. Bölgəmizdə yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirik. Bu mükafatı Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini və həyatını xilas edənləri təltif edirik. |