Şirzad Abdullayev

Şirzad Abdullayev (16 oktyabr 1970, Ağdaş rayonu) — Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini (2018–2020), Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru (2008–2018).[1][2][3]

Şirzad Abdullayev
Şirzad Əyyub oğlu Abdullayev
bayraq
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
bayraq2
31 may 2018 – 2020
ƏvvəlkiVəzifə təsis edilib
2008 – 2018
bayraq
Azərbaycan Respublikası Mərkəzi Bankının, Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi
bayraq2
2003 – 2008
“Azinvestbank”ın İdarə Heyətinin sədri
1992 – 2003
Şəxsi məlumatlar
Doğum tarixi 16 oktyabr 1970(1970-10-16) (53 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti iqtisadçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Tərəqqi" medalı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirzad Əyyub oğlu Abdullayev 1970-ci il oktyabr 16-da Azərbaycanın Ağdaş rayonunda anadan olub[4]. Orta təhsilini də burada aldıqdan sonra Hava Hücumundan Müdafiə Qoşunlarında hərbi xidmət keçib. Ailəlidir[4].

1987–1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb[5]. 2005-ci ildə Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda, 2007-ci ildə Varton Daşınmaz Əmlak Mərkəzində, 2008-ci ildə MTF Luksemburq institutunda əlavə təhsil alıb[5].

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şirzad Abdullayev 1999-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Maliyyə İqtisad Universitetində "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə "Azərbaycan Respublikasının kommersiya banklarında kredit resurslarının yaranması və istifadəsi problemləri" mövzusunda dissertasiya müdafiə edib və iqtisad elmləri namizədi elmi adı alıb[5].

2003-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Maliyyə İqtisad Universitetinin ixtisaslaşmış şurasında "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə "Azərbaycan Respublikasında bank resurslarının idarə olunması" mövzusunda dissertasiya müdafiə edib və iqtisad elmləri doktoru elmi adını alıb.[6]

2012-ci ildə "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə professor adını alıb. 3 monoqrafiya, 4 dərs vəsaiti, 2 proqram və 1 metodiki göstəriş, o cümlədən 50-ə yaxın elmi məqalənin müəllifidir[5].

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2001–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi" kafedrasında baş müəllim, 2002–2007-ci illərdə dosent, 2007–2013-cü illərdə professor vəzifəsinin icraçısı, 2013–2020-ci illərdə isə professor kimi fəaliyyət göstərib[5]. Hal-hazırda kafedrada professor vəzifəsində, elmi-pedoqoji fəaliyyətlə məşğuldur.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992–2003-cü illərdə "Azinvestbank"ın İdarə Heyətinin sədri, 2003–2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının, Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi[7], 2008–2018-ci illərdə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru[8][9], 2018–2020-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışmışdır[10].

Dövlət təltifləri

[redaktə | mənbəni redaktə et]

2012-ci il noyabrın 12-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub[11].

2014-cü il oktyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub[12].

  1. "Абдуллаев Ширзад Эйюб оглы". 2015-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
  2. "Şirzad Abdullayev: Kreditlərin güzəşt müddətində və şərtlərində dəyişiklik gözlənilmir". 2014-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
  3. "İlham Əliyev Bərdədə çörək istehsalı müəssisəsinin açılışında iştirak etmişdir". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
  4. 1 2 "Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?, son xeberler". Sonxeber.az (az.). 2018-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
  5. 1 2 3 4 5 "UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — prof. Abdullayev Şirzad Əyyub oğlu". unec.edu.az. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
  6. "Проблемы формирования и использования кредитных ресурсов в Азербайджанской республике". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
  7. "Prezident iki nazir müavini təyin etdi - Sərəncam". Axar.Az (az.). 2018-06-02. 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
  8. "Şirzad Abdullayev: 34600-dən çox sahibkara 2,1 milyard manatdan artıq güzəştli kredit verilib". azertag.az. 2018-03-06. İstifadə tarixi: 2023-10-09.
  9. "Şirzad Abdullayev: Sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirləri uğurla davam edir". Yeni Azərbaycan (ingilis). İstifadə tarixi: 2023-10-09.
  10. "Замминистра экономики Азербайджана освобожден от должности". Информационное Агентство Репорт (rus). 2020-06-21. İstifadə tarixi: 2023-10-09.
  11. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında". e-qanun.az. İstifadə tarixi: 2023-10-09.[ölü keçid]
  12. "Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2023-10-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]