Təxti Süleyman

Təxti Süleyman (fars: تخت سلیمان,) Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Midiya-Atropatena dövrünə aid Qazaka şəhəri ərazisində arxeoloji abidədir. UrmiyaHəmədan (qədim Ekbatan) arasında, müasir Təkab şəhərinin yaxınlığında yerləşir.

Qədim şəhər
Təxti Süleyman
تخت سلیمان
Qazaka şəhər xarablıqlarından görüntü
Qazaka şəhər xarablıqlarından görüntü
36°36′17″ şm. e. 47°14′03″ ş. u.HGYO
Ölkə
Vilayət Qərbi Azərbaycan ostanı
Salınma tarixi e.ə. I minillik
Banisi Atropatidlər
İlk xatırlanma II əsr
Digər adı Şiz, Gəncək.
Dağılma tarixi b. e. IV əsri
Dağılma səbəbi tərk edilib.
Şəhərciyin adı Təxti Süleyman
Milli tərkibi atropatenlilər, madaylar
Müasir yeri Təkab
Təxti Süleyman xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən "Böyük Alov" və ya "Hökmdar alovu"nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda "ādur Wishnāsp" adlandırılmış və döyüşçü təbəqəsinə məxsus hesab edilmişdir.[3]

Əfsanəyə görə, Kral Süleymanın köməyə ehtiyacı olduğu zaman bu ərazidə yüz metr dərinliyi olan kraterdə saxlanan bədheybətlərdən istifadə etmişdir, krater isə "Zindani Süleyman" adlandırılmışdır. Digər bir krater isə qalanın içində yerləşir və onun içi bulaq suyu ilə doludur. Deyilənə görə, Süleyman orada süni göl yaratmışdır və həmin göl də günümüzə çatmışdır.

Abidə ərazisində aparılan arxeoloji tədqiqatlar yaşayış mərkəzi kimi bu ərazinin e.ə. VI–V əsrlərdə, Midiya dövründə əsasının qoyulduğunu, Atropatena-Parfiya dövründə isə qalanın və şəhərdəki bir çox tikililərin inşa edildiyi ortaya çıxarmışdır. Şəhər Atropatena dövlətinin paytaxtı olmuşdur. Tədqiqatlar zamanı ərazidən Sasani şahlarınaBizans imperatoru II Feodosiyə (408–450) aid sikkələr tapılmışdır.

border=none Əsas məqalə: Qazaka
Təxti Süleymandan və ortasındaki göldən geniş bir şəkil

İ. Purdavudun yazdığına görə Atropatenanın iki paytaxtı olmuşdur. Onlardan biri Qazaka, digəri isə Ərdəbildir.[4] (Plini isə İ. Purdavudun bu fikrinin əksinə olaraq Atropatenanın ikinci paytaxtının Vera şəhəri olduğunu göstərir.[5]) Müəllifə görə Ərdəbil parflarda asılılıq dövründə də Atropatenanın mərkəzi idi. İran arxeoloqu Ə. Sərəfraz isə Təxti Süleyman abidələrinə əsaslanaraq Qazakanın bir şəhər kimi hələ parfların hakimiyyətindən əvvəl mövcud olduğunu deyir.[6]

Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. Strabonun göstərdiyinə görə Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka düzənlik ərazidə yerləşirdi. Plini Midiya şəhərləri haqqında məlumat verərkən Fisqanzakın adını çəkir.[7]

İstər Atropatenanın müstəqilliyi, istərsə də asılı olduğu dövrdə Qazaka Orta və Yaxın Şərqdə iqtisadi – siyasi nöqteyi – nəzərdən qabaqcıl şəhərlərdən biri idi. Ticarət yollarının bu şəhərdən keçməsi və hökmdarlar məxsus olan Azərgüşnasp məbədinin burada yerləşməsi, habelə əlverişli təbii – coğrafi şəraiti tarixən onun iqtisadi – siyasi cəhətdən inkişafına səbəb olmuşdur.[7]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təxti Süleymanın memarlıq kompozisiyası və elementləri sonrakı dövrdə təkcə Azərbaycan memarlığına deyil, qonşu ərazilərin də memarlığına təsir göstərmişdir.[8] Abidə kompleksinin əsas hissəsini Zərdüştilik məbədi, saray kompleksinin qalıqları və qala divarları təşkil edir. Bu abidə Azərbaycanda iki min ildən artıq davam etmiş su və od kultunun ən böyük sübutlarından biridir. Sonradan Sasanilərin hakimiyyəti dövründə də şəhərdə geniş quruculuq-inşaat işləri aparılmış və şəhər inkişaf etdirilmişdir.[8]

Midiya-Atropatena dövrü

[redaktə | mənbəni redaktə et]

Şəhər bir tərəfdən dağlar, bir tərəfdən isə vulkanik yarıqda yaranmış süni göllə əhatələnmişdir. Təxminəm 350 – 500 m oval platforma üzərində yerləşən şəhər yeri ətraf ərazilərdən 60 m hündürdə yerləşir. Şəhər bizim eranın V əsrində Sasanilərin əlinə keçmiş və burada qala divarlarının Sasani memarlığı əsasında bərpasına başlanmışdır. Qala divarları 13 metr hündürlüyündə olub, 38 qüllə ilə əhatələnmişdir. Bu qala divarlarının simvolik xüsusiyyətlərindən biri onun giriş qapılarınən gizli düzəldilməsidir.[9]

Şəhərin əsas binaları gölün şimal tərəfində yerləşir və Azərgüşnasp məbədinin yerləşdiyi məhəlləni şəhərin mərkəzinə çevirir. Bişmiş kərpicdən inşa edilmiş Azərgüşnasp məbədi dördkünc plana malikdir. Məbədin şərqindəki böyük meydanda isə, daha bir əbədi alov mənbəyi vardır. Həmçinin Azərgüşnasp məbədinin şərqində daha bir qədim məbəd – Anahita məbədi və meydanı vardır.[10] Hökmdar saray kompleksi isə məbədlərin qərbində inşa edilmişdi.[11]

V əsrdə şəhərin Sasanilər tərəfindən işğalından sonra, onun memarlıq simasında ciddi dəyişikliklər baş vermişdi. Sasani şahı Firuzun (459–484) sifarişi ilə bərpa edilən hökmdar sarayını şəhərdəki ilk Sasani memarlıq nümunəsi hesab etmək mümkündür.[12] I Xosrov (531–579) və II Xosrovun (591–628) hakimiyyəti dövründə şəhərdəki Azərgüşnasp məbədi bərpa edilmiş və yenidən Zərdüştiliyin əsas məbədlərindən biri olmuşdur.[13]

XIII əsrdə Azərbaycanın monqollar tərəfindən işğal edilməsindən sonra qədim Qazaka şəhəri ərazisində tikinti-bərpa işlərinə başlanmışdır. Hülakülər sülaləsindən olan Abaqa xanın sifarişi ilə şəhərdə qədim hökmdar sarayı bərpa olunmuşdu.[7][8]

Sonradan qədim Azərgüşnasp məbədində də bərpa işləri aparılmış və gölün qərb sahilində inşaat işləri aparılmışdır.[6] Qəribədir ki, orta əsrlərdə ərazinin artıq İslam dünyasının mərkəzində yerləşməsinə baxmayaraq, Hülakü hökmdarları Təxti Süleymanda aparılan bərpa işləri zamanı qədim atəşpərəst memarlıq ənənələrinə sadiq qalınmışdır.[12] Hülakülərin hakimiyyətindən sonra, XIV əsrdə şəhər tərk edilmiş və tədricən xarabalığa çevrilmişdi.[12]

1819-cu ildə ser Robert Ker Porter Qacar imperiyasına səfəri zamanı bu qədim şəhəri kəşf edir.[14] 1937-ci ildə Artur U. Pop və Donald N. Vilber tərəfindən abidə ərazisində qısa tədqiqat aparılır, Erix F. Şmit isə abidənin fotolarını çəkir. 1958-ci ildə abidə İsveç arxeoloqları tərəfindən tədqiq edilir. Lakin abidədə ilk sistemli tədqiqatlar 1970-ci illərdə R. Nyumann və D. Huffun rəhbərliyi ilə Almaniya Arxeologiya İnstitutu tərəfindən aparılıb.[12]

Qazaka şəhərinin qədim və erkən orta əsrlər tarixi haqqında İran tarixçilərindən H. Pirniya, Ə. Kəsrəvi, M. Cavan, C. Fəqih, arxeoloq Ə. Sərəfraz, ədəbiyyatşünaslardan İ. Purdavud, M . Müin, S. Nəfisi və başqaları öz əsərlərində məlumat vermiş, lakin bu şəhərin tarixi, memarlıq quruluşu və Azərbaycan, eləcə də Şərq tarixində oynadığı böyük rolu heç biri ətraflı tədqiq etməmişdir.[7] Azərbaycan alimlərindən Abdulla Fazili, məhdud imkanlarına baxmayaraq, şəhərin tarixi haqqında müəyyən tədqiqat işləri aparmış, mənbələrdə bu şəhər haqqında verilən məlumatları araşdırmışdır.[7] Digər bir Azərbaycan alimi Cəfər Qiyasi isə şəhərin memarlıq quruluşu, şəhər qalasının strukturu, eləcə də şəhərin mühüm abidələrindən olan Azərgüşnasp məbədinin memarlıq xüsusiyyətlərini tədqiq etmişdir.[8]

  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. 1 2 https://whc.unesco.org/uploads/nominations/1077.pdf.
  3. Zakeri, Mohsen. Sasanid soldiers in early Muslim society: The origins of Ayyaran and Futuwwa. Harrassowitz Verlag. 32. ISBN 3-447-03652-4.
  4. İ. Purdavud — Qətha, Bombey, 1927, səh. 15
  5. Плиний — О сельском хозяйстве, М, 1967, стр 168
  6. 1 2 Ə. Sərəfraz — Taxte Süleyman, Təbriz, 1347
  7. 1 2 3 4 5 A. Fazili — Atropatena (e.ə. IV — b.e VII əsri), Bakı, Elm, 1992
  8. 1 2 3 4 C. Qiyasi — Azərbaycan. Qalalar, qəsrlər. Moskva, 1994, səh. 27
  9. В. Н. Левиатов — Азербайджан в V в. до н. э. — I в.н.э. "Изв. АН Азерб. ССР, 1950, № 1
  10. Д. А. Ахундов Храмы Ирана в эпоху первых Ахеменидов, их реставрация реконструкция, Изв. АН Азерб ССР, сер. ист., фил. И права, 1978,№ 2, табл.1
  11. Г. Г. Раулинсон — Заметки о городах Атропатены — Экбатана, Журнал Королевского Географического общества, Париж, 1940, Х
  12. 1 2 3 4 R. und E. Naumann — Takht-i Suleiman, München, 1976
  13. С. Ю. Касумова — Южный Азербайджан в III–IV вв., Баку, 1983, стр. 113
  14. R. Ker Porter — Travels in Georgia, Persia, Armenia and Ancient Babylonia, II, london, 1822