Şiz qalası və ya Gəncək qalası — İranın şimalında yerləşən Şiz (Qazaka, Gəncək, Təxti Süleyman) şəhərinin müdafiə qalası. Atropatenanın Parfiya vassallığında olduğu dövrdə inşa edilmiş qala, Sasani şahlarının sifarişi ilə əsaslı bərpa edilmişdir.
Şiz qalası | |
---|---|
Ölkə | İran |
Yerləşir | Qazaka |
Aidiyyatı | Atropatena |
Tikilmə tarixi | e.ə. I minillik |
Material | çay daşı, əhəng daşı |
Vəziyyəti | açıq səma altında muzey |
Rəsmi adı: Takht-e Soleyman | |
Tipi | Mədəni |
Kriteriya | i, ii, iii, iv, vi |
Təyin edilib | 2003 |
İstinad nöm. | 1077 |
Dövlət | İran |
Region | Asiya |
|
Tarixi mənbələr məlumat verir ki, atropatena hökmdarları tərəfindən inşa edilmiş qala divarları Bizans imperatoru İraklinin Atropatenaya hücumu zamanı qalaya atılan ağır vəznli cismlər vasitəsiylə dağıdılmışdır.[1]
Tədqiqatçıların əksəriyyətinin fikrincə qala divarları parfların hakimiyyəti dövründə inşa edilmişdir. Divarların memarlıq üslubu ilk baxışdan parfların digər qalalarını xatırladır. Ümumiyyətlə Parfiya dövründə əksər qalalar dairəvi şəkildə inşa edilirdi. Lakin Tisifun və Təxti Süleyman ellips şəklində tikilmişdir.[2]
Nuiumen Şiz qalasının Sasanilər tərəfindən tikildiyini göstərir.[1] O deyir: "Ola bilsin ki, Sasanilər qalanı tikdikdə parfiyalıların tikinti üslubundan istifadə etmişlər." Müəllifə görə Azərbaycan və İran ərazisində olan dairəvi binalar Beynəlnəhreyndəki eyni tipli binalardan daha qədimdir.[2]
Şiz qalası 12400 m². əraziyə malikdir.[3] Qala dəniz səviyyəsindən 24500 m, ətrafında olan sahələrdən isə 18–20 m hündürdə yerləşir. Qala divarları daş və əhənglə tikilmişdir.[3] Qala 36 bürcə malikdir. Yarımdairəvi formada olan bürclər biri digərindən 22–26 m aralıda yerləşərək hər biri 10 m enə malikdir. Qalanın Şimal qapısı 5,3 m hündürlüyə və ¾ m enə malikdir. Ümumiyyətlə qala divarının hündürlüyü 7,3–8,3 m, eni isə 3,9 m-dir.[4]
Qala divarları böyük-kiçik sal daşlardan tikilərək 7,5 metr hündürlüyə malikdir. Qala divarlarına Sasani dövrünü tikinti üslubunda yonulmuş daşlardan üzlük çəkilmişdir. Qazıntı rəhbərinin fikrincə bu daş üzlük Sasanilərin son dövründə qala divarına əlavə edilmişdir. Qala divarında həmçinin monqol dövründə aparılan təmir işləri də sezilməkdədir.[3]
Qala divarlarının Şimaldan Cənuba olan məsafəsi 400 m, Qərbdən Şərqə olan məsafəsi isə 300 m-ə bərabərdir.[3]
Azərgüşnasp məbədinin qapısı qarşısında olan qalanın Şimal darvazası yerin təbii səthindən 7 m aşağıda yerləşir. Digəri isə Cənub-Qərb qapısıdır ki, hazırda qalaya gediş-gəliş burdandır. Qala divarlarının qalınlığı 10 metrdir. Lakin gölün sahilində sudan qorunmaq üçün divarların qalınlığı 15 metrdir.[3]