Şmidt tülpanı

<td_align="right"_width="40%">Cins:<td_align="left">Dağlaləsi&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Dağlaləsi}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Dağlaləsi]])[1]
???:
Şmidt dağlaləsi

Şmidt dağlaləsi (lat. Tulipa schmidtii) — zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Şmidt dağlaləsi
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Dağlaləsi
Cins:Dağlaləsi
Cins:Dağlaləsi
Cins:Dağlaləsi
Cins:Dağlaləsi
Beynəlxalq elmi adı

Çoxillik ot bitkisidir. Soğanağı iri, yumurtavari, 2,5–5 sm diametrində, nazik dərivari, qonur və ya qəhvəyi-qonur qınla örtülmüşdür. Gövdə 25–50 sm hündürlükdədir. Yarpaqlar 6–10 ədəd göyümtül, aşağıdakılar enli, uzunsov, yuxarıdakılar neştərvari və ya dar- neştərvari, uzundur. Çiçəkləri iri, 7 sm-ə qədər uzunluğunda; yarpaqcıqları qırmızı, əsasında daxildən qara, sarı-haşiyələnmiş, rombvari ləkəlidir; xarici hissədəkilər enli, uzunsov və ya deltavari bir qədər daxildəkindən uzundur. Erkəkcik çiçəkyanlığından qısadır; tozcuğu sarı, qutucuq 4 sm -ə qədər uzunluqda, 2–2,5 sm enindədir.

Arealı[redaktə | mənbəni redaktə et]

Şmidt dağlaləsi növü Cənubi Qafqazın cənub-şərqindən İranın şimal-qərbinə qədər yayılmışdır.[2]

Çoxalması[redaktə | mənbəni redaktə et]

Toxumla və vegetativ yolla çoxalır.

Ehtiyatının dəyişilmə səbəbləri[redaktə | mənbəni redaktə et]

Ot çalınması və mal-qara otarılması.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Daşlı-çınqıllı, qayalı yamaclarda, əkinlərdə kolluqlar arasında yayılmışdır. Çiçəkləməsi aprel-may, meyvələməsi may ayına təsadüf edir. Mezokserofitdir.Çoxalması soğanaqla və ya toxumladır . Geofit bəzək bitkisidir.[3][4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Cənubi Zaqafqaziyaya məxsus, tükənməkdə olan endemik növdür. Xocavənd, Əsgəran (Topxana), Cəlilabad (Hovuzbulaq, Zəhmətabad, Ləkin kəndlərində yayılıb. Quru, otlu yamaclarda, kollyqlar arasında bitir. Tək tək rast gəlir. Kiçik Qafqazın cənubu (Cəbrayıl rayonu, Məcili kəndi), Lənkəranın dağlıq hissəsi (Cəlilabad Zəhmətabad kəndi), Naxçıvanın dağlıq rayonları ( Ordubad rayonu — Nüs-Nüs kəndi ətrafındakı Diaxçay və fəhlə dərəsi adlanan sahələrdə).[5][6]

Sayı və tendensiyası[7][redaktə | mənbəni redaktə et]

Populyasiyanın bir neçə istiqamətdə yayılmasına baxmayaraq antropogen amillər azalma təhlükəsini yaradır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Soğanaqları və çiçəklərinin əhali tərəfindən intensiv toplanılması və zoogen amillər.[8][9]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Yasaqlıqların yaradılması zəruridir.

Qəbul edilmiş qorunma tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xususi tədbirlər hazırlanmamışdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cins:Dağlaləsi
  2. Şmidt dağlaləsi:Plants of the World Online saytında takson barədə məlumat. (ing.)
  3. Azərbaycan Respublikasının Qırmızı kitabı.Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri,ıı nəşr,Bakı-2013
  4. "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  5. Ахундов Г.Ф., 1952.
  6. Ибадлы О.В . 2005.
  7. Talıbov T. H., İbrahimov Ə. Ş., 2010.
  8. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989.
  9. Naxçıvan MR-in Qırmızı kitabı, 2010.

Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]