Tulipa

Dağlaləsi (lat. Tulipa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi.

Dağlaləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Latınca adı fars mənşəli toliban (çalma, əmmamə) sözündən götürülüb. Soğanağı yumurtavarı, çiçəkləri iri, çiçəkyanlığı ağ (bəzən qırmızı və ya sarı), meyvəsi qutucuqdur. Gövdəsinin hündürlüyü 6 sm-dən 50 sm-ədək olur. Onun ucunda günəşli havada açılan, axşamlar və tutqun havada bükülən al rəngli bir (bəzən bir neçə) çiçəyi olur. Çarpaz tozlanır. May–iyun aylarında çiçəkləyir. Çiçəkləmə müddəti 30 günə qədərdir. İlk dəfə 16-cı əsrdə Türkiyədə becərilmişdir. Cənubi Avropada, Kiçik, ÖnŞərqi Asiyada 140, Orta Asiyada, Qafqazda, Sibirdə 83, o cümlədən Azərbaycanda 7 növü yayılmışdır.

Qarabağ dağlaləsi, Eyxler dağlaləsi, Juliya dağlaləsi və s. növləri dekorativ bağçılıqda istifadə edilir.