Ştefan Burian fon Rayej

Ştefan (İştvan) Burian fon Rayej (mac. Rajeci gróf Burián István; alm. Stephan Baron Burián von Rajecz‎; 16 yanvar 1851[1]20 oktyabr 1922[1], Vyana[2]) — Avstriya-Macarıstan diplomatı və dövlət xadimi.

Ştefan Burian fon Rayej
alm. Stephan Burián
bayraq
Avstriya-Macarıstanın maliyyə naziri
24 iyul 1903-cü il – 12 fevral 1912-ci il
MonarxI Frans İosif
ƏvvəlkiAgenor Mariya Qoluxovski
SonrakıLeon fon Bilinski
13 yanvar 1915-ci il – 22 dekabr 1916-cı il
MonarxI Frans İosif
ƏvvəlkiLeopold fon Berxtold
SonrakıOttokar Çernin
bayraq
Avstriya-Macarıstan maliyyə naziri vəzifəsini icra edən
28 oktyabr – 2 dekabr 1916-cı il
MonarxI Frans İosif
ƏvvəlkiErnest fon Körber
SonrakıKonrad Hohenloe Şillinqsfürst
bayraq
Avstriya-Macarıstan maliyyə naziri
28 dekabr 1916-cı il – 7 sentyabr 1918-ci il
MonarxI Frans İosif
ƏvvəlkiKonrad Hohenloe Şillinqsfürst
SonrakıAleksandr Şpitsmüller
bayraq
10-cu Avstriya-Macarıstan Xarici İşlər Naziri
16 aprel – 24 oktyabr 1918-ci il
MonarxI Frans İosif
ƏvvəlkiOttokar Çernin
SonrakıDyula Andraşi
bayraq
Macarıstan Krallığı Kral Sarayı yanında nazir
10 iyun 1913-cü il – 13 yanvar 1915-ci il
Baş nazirİştvan Tisa
MonarxI Frans İosif
ƏvvəlkiLaslo Lukaç
Sonrakıİştvan Tisa (vəzifəni icra edən)
Ervin Rosner
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1851(1851-01-16)[1]
Vəfat tarixi 20 oktyabr 1922(1922-10-20)[1] (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
İxtisası diplomat
Fəaliyyəti diplomat, siyasətçi, iqtisadçı
Dini katolik
Hərbi xidmət
Döyüşlər
Elmi fəaliyyəti
İş yeri Avstriya Federal Hökuməti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stampfendə (indiki Slovakiya) aristokrat Macar ailəsində anadan olmuşdur. Diplomatik Akademiyanı bitirdikdən sonra konsulluq xidmətində olmuş, həmçinin Avstriyanın Moskvadakı Baş Konsulluğunda işləmiş, sonra diplomatik xidmətə başlamışdır. 1887—1895-ci illərdə Sofiya, 1896—1897-ci ildə Vürtemberq və 1897—1903-cü ildə Afinada səfir idi. Balkanlar üzrə mütəxəssis hesab olunurdu.[3] 1900-cü ildə baron, 1918-ci ildə qraf adına layiq görüldü.

1903-cü ildə imperator I Frans İosif tərəfindən Maliyyə Naziri təyin edildi və 1912-ci ilə qədər bu vəzifədə qaldı. 1913—1915-ci illərdə Macarıstan kralı (Franz İosifin titullarından biri) yanında səlahiyyətli nazir idi, faktiki olaraq Vyanadakı mərkəzi hökumət ilə Budapeştdəki Macarıstan hökuməti arasında əlaqə yaradırdı.

1915-ci ildə Xarici İşlər Naziri vəzifəsinə başladı, ancaq 1916-cı ilin sonunda İmperator I Karlın taxta oturması ilə yerinə Ottokar Çernin gətirildi və o, Maliyyə Naziri vəzifəsinə qayıtdı.

Birinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Hələ 1914-cü ilin əvvəllərində Burian, Avstriya-Rusiya diplomatiyasındakı gərginlikdən bəhs etmişdiк: onun fikrincə, Avstriya-Macarıstan Rusiyaya Qalisiyadakı polyak-ukrayn işlərinə qarışmaması üçün zəmanət versəydi və onların separatçılığını dəstəkləməsəydi, onda Rusiyanın Balkan ölkələrini Avstriya-Macarıstana qarşı çevirmək üçün səbəbi olmazdı. Bundan əlavə, müharibəyə qarışması ilə əlaqədar İtaliya ilə danışıqlar zamanı Burian, Avstriyanın ərazi bütövlüyünü (Trentinonu İtaliyaya vermək düşünülürdü) qoruyaraq uzun müddət ərzində ölkəni bu addımdan mümkün qədər uzaqda saxlamağa çalışdı.[4]

  1. 1 2 3 4 Stephan Burián von Rajecz // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Deutsche Nationalbibliothek Record #124541755 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Österreichisches Biographisches Lexikon 1815—1950 (ÖBL). Band 1, Verlag der Österreichischen Akademie der Wissenschaften, Wien 1957. — S. 129.
  4. István Diószegi: Außenminister Stephan Graf Burián. Biographie und Tagebuchstelle. In: Annales Universitatis Scientiarum Budapestinensis de Rolando Eötvös nominatae. Sectio historica 8 (1966). — S. 177.