Ştorxuv evi (çex. Štorchův dům) — Praqanın Köhnə şəhər meydanı № 552-də yerləşən tanınmış memarlıq abidəsidir. Meydanın bir çox binaları kimi, Ştorxuv evi də çox qədim tarixə malikdir. Buna baxmayaraq, hazırkı bina 1896–1897-ci illərdə, memar Fridrix Ohmannın layihəsi əsasında "vladislav qotikası" üslubunda inşa olunmuşdu. O zamana qədər, Ştorxuv evi bir neçə dəfə yenidənqurmaya məruz qalmışdı[1].
Ştorxuv evi | |
---|---|
Štorchův dům | |
50°05′13″ şm. e. 14°25′19″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Memar | Fridrix Ohmann |
Sifarişçi | Aleksandr Ştorx |
Tikilmə tarixi | 1896-1897 |
İstinad nöm. | 1-298 |
Kateqoriya | ev |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ştorxuv evində uzun illər kitab mağazası yerləşirdi, bu da Aleksandr Ştorxun naşir olması ilə bağlı idi. Lakin hazırda bu mağaza artıq yoxdur. Praqanın mərkəzindən ənənəvi, insanlara yaxından tanış olan mağazalar yox olur — onların yerində isə turistləri cəlb edə biləcək mübadilə məntəqələri, kafe və suvenir mağazaları ilə əvəz edilmişdir. Hazırda Ştorxuv evində suvenir mağazası yerləşir.
Ştorxuv evi 1945-ci ildə, İkinci dünya müharibəsinin son illərində güclü dağıntıya mərux qalmışdı. Onu bir neçə dəfə: 1948, 1972 və 1993-cü ildə bərpa etmişdilər. Və hər dəfə bərpaçılar F. Ohmannın yaratdığı varianta geri qayıdırdılar. Ev modern dövrünün parlaq nümunələrindən sayılır. Bu bina özünün qeyri-adi gözəlliyi ilə turistləri cəlb edir[2].
Ştorxuv evinin memarlıq simasında çex neorenessansının eklektik üslubu və vladislav qotikasının elementləri ideal şəkildə bir-birini tamamlayır. Ev qədim təməl üzərində yerləşir. Onun fasadında qotik fialalar intibah attiki ilə yanaşı yerləşir. Bina özünün sqrafitto adlanan mükəmməl divar rəsmləri ilə fərqlənir. Bu rəsmlərin müəllifi Praqa Setsessionun bariz nümunəsi Mikulaş Aleşdir. Rəngli fresklərin əss süjeti, çexlərin himayədarı müqəddəs Vatslav barədədir. Burada Vatslavın ağ atın belində və əlində nizə ilə təntənəli şəkildə Köhnə Şəhər meydanına daxil olması göstərilmişdir. Atlı fiquru stilizə edilmiş nəbati ornamentlərlə ilə əhatə olunmuşdur. Vatslavın yanında ağac təsvir olunmuşdu, onların üzərində isə çex xalqının azadlıq rəmzi sayılan quş uçur. Daha üç quş fasadın yuxarı hissəsində təsvir olunmuşdu. Bunlar Çexiyada çox populyar olan leyləklərdir. Leyləklər çox vaxt binaların fasadlarında bir ev əlamətləri kimi təsvir olunur. Onlar ilə əlaqədar olaraq, bir çox xalq əfsanələri də mövcuddur — hesab olunur ki, bu quşlar hər bir evə xoşbəxtlik gətirirlər. Ştorxuv evinin fasadını bu quşlar ilə bəzədilməsinin daha bir səbəbi də var: "Ştorx" soyadı alman dilində leylək mənasını verir (alm. Storch), bunun da başlıca səbəbi — binanın tikildiyi zaman Çexiyanın rəsmi dili alman dili hesab edilirdi. Quşlardan başqa, binanın fasadında həmçinin Praqanın keçmiş gerbini, qədim Çexiya Krallığının əsas rəmzlərini və ev səhiblərinin adlarını da görmək olar.