Şuşve (lit. Šušvė) — Litvanın mərkəzi hissəsində çay. Nevejis çayının sağ qolu. Kelmes rayonunu ərazisindən, Tituvenay şəhərindən 6 km cənub-şərqdən öz başlanğıcını götürür. İlk öncə Tituvenay dərəsi ilə cənub-şərq istiqamətində axır, daha sonra şərq istiqamətdə istiqamətlənib Tituven və Sulin bataqlıqlarından keçir. Kedayn rayonu ərazisində Nevejis çayına birləşir. Çayın birləşdiyi yerdı Qraujay kəndi yerləşir.
Şuşve çayı | |
---|---|
lit. Šušvė | |
Ölkə | Litva |
Mənsəbi | Neverıs çayı |
Uzunluğu |
|
Su sərfi | 6,22 m³/s |
Hövzəsinin sahəsi | 1.165,4 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Şuşve çayı dərəsi yuxarı axarlarda 2-3 km, aşağı axarlarda isə 350—450 metr arasında dəyişir. Çayın eni yuxarı axarlarda 8–10 metr, orta və aşağı axarlarda isə 10–16 metrdir. Su basarın eni 40-80 metr arasında dəyişir. Uzunluğu 135 km-dir. Çayın orta sürrəti 0,1–0,4 m/s-dir. İllik su səviyyəsinin dəyişməsi 2,9-3,4 metrdir.[1] Ortalama su sərfi 1,3-6 m³/s-dir. Ən aşağı səviyyə qış və yay aylarında olur - 0,01-0,1m³/s. Su toplayıcı sahəsi 1165,4 km²-dir.
Çay dərəsi yamaclarının hündürlüyü 6—15 metrdir. Qış aylarında çay donur. Əsasən dekabrda donur. Ümumi donuşlu günlərin ortalama sayı 91-99 gündür. Buz qatının qalınlığı 83-100 sm olur. Yazın əvvələrində, mart ayında dondan azad olur.
Çayın əsas qolları: Berje, Jiedupe, Srautas, Sarva (sol), Homerta, Jadike, Ajite, Liedas, Lapskoy, Vikşrupis, Putnutis (sağ).
Çay kənarında olan yaşayış məntəqələri: Şyaulenay, Paşuşvis, Qrinkişkis, Vaytekunay, Anqirya, Yosvaynyai.
Çayın yuxarı axarlarında iki hidrometeoroloji müşahidə məntəqəsi var.[2] Suvarma və digər məqsədlər üçün çay üzərində iki su anbarı mövcuddur: Vaytiekunay və Anqiri su anbarları.
1992-ci ildə çayın aşağı axarlarında Şuşve hidro-geoloji qoruğu yaradılmışdır.