Şurudçay — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində çay.[1]
Şurudçay |
---|
Qaradərəçayın sağ qoludur. Uzunluğu 16 km-dir. Hövzəsinin sahəsi 65 km²-dir. 1000 m-dən hündürlükdə Qaradərə çayına tökülür. Əsasən, yaz-yay və payız aylarında yağan yağışlar və yeraltı sularla (40%-ə qədər) qidalanır. Qar suları az rol oynayır (10%). Suvarmada istifadə edilir.