Şuşa şəhər məktəbi

Şuşa şəhər məktəbiAzərbaycandaCənubi Qafqazda, ilk olaraq şəhər məktəbi 1874-cü ildə Şuşada yaradılımışdır.[1] 1830-cu ildə əsası qoyulan Şuşa qəza məktəbi əvvəlcə üç sinifli, 1878-ci ildən isə dörd sinifli şəhər məktəbinə çevrildi.

Şuşa şəhər məktəbi
Əsası qoyulub 1874
Şəhər Şuşa
Ölkə

Üç sinifli şəhər məktəbində təhsil müddəti hər sinifdə 2 il idi. 1878/79-cu tədris ilindən (dörd sinifli olduqdan) sonra isə 3 və 4-cü siniflərdə bu müddət bir il oldu. Məzmununa görə qəza məktəblərini xeyli geridə qoymuş Şuşa şəhər məktəbində şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsm, rəsmxət, nəğmə, gimnastika və s. tədris edilirdi.

Şuşa qəza məktəbində, əsasən, ana dili, rus dili və fransız dilinin tədrisi üstünlük təşkil edirdi. Şuşa sakinləri məktəblərdə ana dilinin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Bu baxımdan, Şuşa məktəbinin müəllimləri Mirzə Həsən bəy ƏmirovMirzə Aslan bəy Əmirov ana dilinin müvəffəqiyyətli təlimi sahəsində çox məşhur idilər. Fransız dili bölgə tacirlərinin Fransa ilə ticarət əlaqələri yaratması üçün zəruri amil idi və əhalinin əlavə vəsaiti hesabına tədris olunurdu.

Şəhər məktəbində təhsil pullu idi. Şuşada şəhər məktəbi açılarkən hər şagirddən alınan illik təhsil haqqı 5 manat idisə, bu məbləğ 1876-cı ildə 8, 1878-ci ildə isə 12 manat olmuşdu. Pedaqoji şuranın qərarı ilə kasıbların təhsil haqqından azad edilməsinə baxmayaraq, şagirdlərin böyük əksəriyyətindən təhsil haqqı alınırdı. Lakin buna baxmayaraq, şəhər məktəbində şagirdlərin sayı ilbəil artırdı. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, Rusiyada dövrünün ən çox şagird kontingenti olan məktəbi idi.

Şuşa şəhər məktəbində 1875-ci il mayın 6-da kasıb zadəgan övladlarının təhsil aldıqları konvinkt təşkil edildi. Onlar dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar.

Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilirdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu.

1880-ci ildə Şuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada peşəkar musiqi hazırlığı olan musiqiçilər nəsli yetişməsində rolu əhəmiyyətli və danılmazdır.

Elə həmin il məktəbin tədris planında ipəkçilik peşəsi də yer aldı.

Həm təhsilin, həm də peşə öyrədilməsinin köməyi ilə öz həyat səviyyəsini və siyasi dünya görüşlərini artıranlara qibtə ilə yanaşan tacir və sənətkarların da arzularını təmin etməkdən ötrü Şuşa şəhər məktəbinin nəzdində bazar günü məktəbləri təşkil edildi.

Daim birinciliyinə görə diqqət mərkəzində duran Şuşa şəhər məktəbi əsrin sonlarına doğru mövqeyini itirməyə başladı. Təhsilin keyfiyyəti şəhər ictimaiyyətini razı salmadığından onların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6-sinifli realnı məktəbin əsası qoyuldu.

  1. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 119.
  2. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]