Əşrəf Hakimi

Achraf Hakimi Mouh (4 noyabr 1998[1][2], Madrid) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusudur.[3]

Əşrəf Hakimi
isp. Achraf Hakimi
Ümumi məlumatlar
Tam adı Əşrəf Hakimi Mouh
Doğum tarixi ci il (24 yaş)
Doğum yeri Madrid İspaniya İspaniya
Vətəndaşlığı Mərakeş Mərakeş
Boyu 1.81
Çəkisi 73 kq
Mövqeyi müdafiəçi
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub PSJ
Nömrəsi 2
Karyerası
Klub karyerası[* 1]
2016–2017 İspaniya Real Madrid-2 28 (1)
2016–2018 İspaniya Real Madrid 24 (2)
2018–2020 Almaniya   Borussiya Dortmund 80 (13)
2020–2021 İtaliya İnter 47 (7)
2021–h.h Fransa PSJ 44 (5)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 31 may 2022 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası[redaktə | mənbəni redaktə et]

Real Madrid[redaktə | mənbəni redaktə et]

Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb.[4] Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib.[5] 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi.[6] 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı.

Borussiya Dortmund[redaktə | mənbəni redaktə et]

11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb.

İnter[redaktə | mənbəni redaktə et]

1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı.[7] İnterdə ilk matçı 15 sentyabr 2020-ci ildə İnter-Luqano matçı olub. Start heyətdə meydana çıxan Hakimi 45-ci dəqiqədə əvəz olunub. Matç İnterin 5–0 qələbəsi ilə başa çatıb.İnterdə ilk dəfə 30 sentyabr 2020-ci ildə keçirilən İnter-Benevento matçının 42-ci dəqiqəsində fərqlənib.Matç İnterin 2–5 hesablı qələbəsi ilə başa çatıb.6 iyul 2021-ci ildə İnterdən ayrıldı.

PSJ[redaktə | mənbəni redaktə et]

6 iyul 2021-ci ildə PSJ ilə 5 illik müqavilə imzaladı.[8] Paris Sen Jermenin heyətində ilk matçı 14 iyul 2021-ci ildə keçirilən PSJ-Le Mans matçı olub. Start heyətdə meydana çıxan Hakimi 45-ci dəqiqədə əvəzlənib.Matç PSJ-nin 4–0 hesablı qələbəsi ilə başa çatıb.Paris Sen Jermenin heyətində ilk dəfə 24 iyul 2021-ci ildə keçirilən PSJ-Orléans matçının 62-ci dəqiqəsində fərqlənib. Matç Paris Sen Jermenin 1–0 hesablı qələbəsi ilə başa çatıb.

Uğurları[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

İspaniya Real Madrid

Almaniya Borussiya Dortmund

  • Almaniya Superkuboku
    • Qalib (1): 2019/20

İtaliya İnter

Fransa PSJ

  • Liqa 1
    • Qalib (1): 2021/22
  • Fransa Superkuboku
    • Qalib (1): 2022/23

Şəxsi[redaktə | mənbəni redaktə et]

  • Mərakeşdə ilin futbolçusu
    • Qalib (2): 2021, 2022

İstinadlar[redaktə | mənbəni redaktə et]