Ə.Əzimzadə adına Rəssamlıq məktəbi

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq MəktəbiBakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi
Əsası qoyulub 1920
Bağlanıb 13 iyun 2000
Yenidən təşkil olunub Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci kimi
Tip orta ixtisas incəsənət məktəbi
Şəhər Bakı
Ölkə

Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.[1]

13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.[2]

Məktəbin direktorları

  1. Азәрбајҹан Рәссамлыг Мәктәби // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 168.
  2. "Zəngin ənənələri olan təhsil ocağı". Azərbaycan Milli Kitabxanası. 22 aprel 2009. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
  3. "Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 dekabr 1980-ci il tarixli Fərmanı" (PDF). Azərbaycan Milli Kitabxanası. 16 yanvar 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 fevral 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]