Əbülfəz Hüseynverdi oğlu Rəhmətov (3 iyul 1989, Ambu, Lerik rayonu – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Əbülfəz Rəhmətov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyul 1989 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2020 (31 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2006-2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər | |
Təltifləri |
Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Ambu kəndində anadan olmuşdur.[1] O, 2006-cı ildə Lerik rayonunun Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirərək həmin ildə də Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi məktəbini bitirib leytenant hərbi rütbəsi almış və həmin ildən başlayaraq hərbi xidmətini davam etmişdir. Kapitan Əbülfəz Rəhmətov müxtəlif hərbi hissələrdə taqım komandiri vəzifəsindən başlamış tabor komandiri vəzifəsinə qədər yüksəlmiş və peşəkar, təcrübəli zabit kimi Azərbaycan Ordusunda xidmət etmişdir.
Hərbi xidmət müddətində kapitan Əbülfəz Rəhmətov Dördgünlük müharibədə iştirak etmişdir. Həmçinin, 2020-ci ilin Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada döyüşmüşdür
Azərbaycan Ordusunun kapitanı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Əbülfəz Rəhmətovun nəşi 6 may 2021-ci ildə Cəbrayıl rayonunda tapılmışdır.[2] 7 may 2021-ci ildə Lerik rayonunda dəfn edilmişdir.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı və "3-cü dərəcəli vətənə xidmətə görə Rəşadət" ordeni ilə təltif edildi.[5]